Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ münaqişəsinin ədalətli həllinə tərəfdarıq“ - Rus Pravoslav Kilsəsi

“Rus Pravoslav Kilsəsi dəyişməz və ardıcıl olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının və fikir ayrılıqlarının qarşılıqlı məqbul həll yollarının qanun çərçivəsində axtarışının tərəfdarıdır”


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Pravoslav Kilsəsindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məktubda bildirilib.
 
Səfirliyin Pravoslav Parlamentlərarası Assambleyasının XXIII konfransının yekun bəyannaməsi ilə bağlı göndərdiyi müraciətə cavab məktubunda qeyd olunub ki, Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində həllinin tərəfdarıdır.
 
Məktubda bildirilib ki, 1993-cü ildən başlayaraq Moskva və bütün Rusiyanın patriarxının vasitəçiliyi ilə AzərbaycanErmənistanın dini liderlərinin bir sıra görüşləri keçirilib: “Həmin görüşlərdə iştirakçılar dəfələrlə qeyd ediblər ki, Qarabağ münaqişəsi dini zəmində deyil və siyasi xarakter daşıyır. Millətlərarası düşmənçilik xristianlıq və islam dinlərində günah sayılır. Moskva patriarxlığı bu gün də həmin mövqedən çıxış edir, münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərir. Azərbaycan tərəfinin narahatlığı Pravoslav Parlamentlərarası Assambleyanın rəhbərliyinə çatdırılacaq”.
 
Qeyd edək ki, Pravoslav Parlamentlərarası Assambleyanın 2016-cı il iyulun 4-8-də Yunanıstanda keçirilən XXIII illik konfransının yekun bəyannaməsində aprel ayında Dağlıq Qarabağ istiqamətində, Azərbaycan və işğalçı Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrə birtərəfli münasibət yer alıb və Azərbaycan tərəfi ittiham olunub. Sənəddə bildirilir ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan ordusu genişmiqyaslı hərbi əməliyyatlara başlayıb: “Çoxlu sayda ağır silahların tətbiqi, dinc əhalinin atəşə tutulması problemin hərbi yolla həllinə yönəlmiş səyləri açıq göstərir. ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq təşkilatları yaranmış duruma müdaxilə etməyə, bütün mexanizmlərdən və vasitələrdən istifadə edərək bölgədə qeyri-sabitlik və gərginlik yaradan addımların qarşısını almağa çağırırıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar