Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ problemi çözülməyə yaxın idi”


“ABŞ hətta atəşkəsin bərpa olunduğu anlarda belə sanksiyalar tətbiq etməklə Rusiyada qarışıqlıq yaratmaq istəyir”


Bu sözləri Axar.az-a açıqlamasında Şimal-Cənub Siyasi Araşdırmalar Mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva deyib. O, dünyadakı qeyri-stabilliyin ABŞ-ın maraqlarında olduğunu bildirib:
 
“11 Sentyabr ABŞ-ın bütün dünyada anti-terror əməliyyatlarını başlaması üçün bəhanə oldu. Bu isə faktiki olaraq Vaşinqtonun Yaxın Şərq və Mərkəzi Asiyada hərbi siyasi mövcudluğunu gücləndirməsi deməkdir. Qoşunların Əfqanıstan və İraqa yeridilməsi, İrana qarşı nüvə silahı təhlükəsi yaratması bəhanəsi ilə mübarizə, Mərkəzi Asiyada hərbi bazaların yaradılması ilk baxışda regionun təhlükəsizliyi mahiyyətini daşısa da, əslində, bu bölgələrin praktiki olaraq parçalanması üçün ilkin addımlar oldu. Stabil ölkələr olmuş İraq və Liviya hazırda xaosla üz-üzədir. Regiona “ərəb baharı” dalğası ötürüldü. 

Eyni motivlər üzərində Ukrayna hadisələri də yaradıldı. İndi də ABŞ hətta atəşkəsin bərpa olunduğu anlarda sanksiyalar tətbiq etməklə Rusiyada qarışıqlığa nail olmağa çalışır. Düşünürəm ki, bu hadisələr yalnız bir fikrə gətirib çıxarır. Qlobal qeyri-stabilliyin baş mənfəət götürəni Amerikadır. O, məhz Rusiya və Çinin sərhədləri yaxınlığında gərginlik yaratmaqla bu ölkələrin geopolitik və iqtisadi planda inkşafına mane olmağa çalışır. Bu müəyyən mənada cari ilin yayında həll edilməyə yaxın olan Qarabağ konfliktinə də aiddir. Məncə, Mərkəzi Asiyanın təhlükəsizliyi ilə bağlı təhlükə də artmış olacaq. 11 Sentyabr hadisələrini kimin təşkil etməsindən asılı olmayaraq, bu terror aktı siyasətdə hərbi mövcudluğun tutumunun əsas faktor olmasına şərait yaratdı. Estoniyada NATO hərbi bazalarının yaradılması haqqında anons da buna sübutdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar