Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağda kimin haqlı, kimin haqsız olduğunu demək çətindir”


“Arzuolunmaz” alman deputat ölkəmiz barədə nələr danışdı...


Bundestaqın deputatı Manfred Qrund “Yeni Müsavat”a müsahibə verib 

Avqustun əvvəllərində Almaniya Bundestaqının deputatları, "Xristian Demokratik Birliyi" və "Xristian Sosialist Birliyi" üzvləri Manfred Qrund və Alber Vayler Ermənistana və Dağlıq Qarabağa səfər ediblər. Səfər çərçivəsində onlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşüblər. Görüşdə Almaniya və Ermənistan arasındakı münasibət, həmçinin Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.  

Manfred Qrund Azərbaycanla olan yaxşı münasibətlərinə görə ölkədə ciddi nüfuza malik idi. O, 2009-cu ildə Bundestaq tərəfindən qəbul olunmuş Cənubi Qafqazdakı münaqişələr üzrə qətnamənin qəbul olunmasında iştirak edib. Bu qətnamədə Bundestaq Almaniya hakimiyyətindən Ermənistan tərəfindən BMT, ATƏTAvropa Şurasının münaqişənin nizamlanması ilə bağlı qərarlarına əməl olunmasında kömək etməsini tələb edir.

Bu günlərdə Berlində olan əməkdaşımız Araz Bayramov Bundestaqda Manfred Qrundla görüşüb və alman deputata bəzi suallar vermək imkanı qazanıb. M.Qrund artıq Azərbaycan dövlətinin "qara siyahı”sında olduğunu qeyd edib. 

- Mən bu yaxınlarda Qarabağdan qayıtdım. Məqsədim regiondakı şəraitlə daha yaxından tanış olmaq, oranı öyrənmək idi. Çünki bildiyiniz kimi son zamanlar regionda müharibə təhlükəsi yaranıb, atışmalar intensivləşib, buna görə qərara gəldim ki, ora səfər edim. Artıq Azərbaycan hökuməti tərəfindən "qara siyahı”ya daxil edilmişəm, bu o deməkdir ki, mən artıq Azərbaycana gedə bilməyəcəm. 

- Yəqin bilirsiniz ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və beynəlxalq birlik və o cümlədən Almaniya oranı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycanın nəzarətdən kənar ərazilərinə səfərinizin məqsədi nə idi?

- Əlbəttə, mən beynəlxalq hüquq normalarını yaxşı bilirəm. Lakin qəbul etmək lazımdır ki, regiona səfər etmədən ordakı şəraiti dərindən öyrənmək olmaz. Mən ümid edirəm ki, nə vaxtsa bu siyahıdan çıxarılacam. Azərbaycan gözəl ölkədir, mən seçkilər zamanı ordaydım və nə vaxtsa yenidən səfər etmək istərdim. 

- Dağlıq Qarabağa səfər nəticəsində nələri öyrənə bildiniz?

- Mən narahatlığın olduğunu gördüm. Bu münaqişə region üçün ciddi təhlükədir, əlbəttə, kimin haqlı, kimin haqsız olduğunu demək çətindir, amma hər halda hər iki dövlət bu münaqişədən əziyyət çəkir. 

- Seçkilərdə müşahidəçi olduğunuzu dediniz, nələri müşahidə etdiniz?

- Mən Azərbaycanda iki seçkini müşahidə etmişəm, bir parlament və prezident seçkilərini. Əlbəttə, mən sadəcə seçki gününü izləmişəm və deyə bilərəm həmin gün hər şey normal görünürdü. Bir sıra beynəlxalq təşkilatların tənqid etdiyi məsələləri görmək imkanım olmayıb, amma onlardan xəbərim var. 

- Yəqin ki, Azərbaycandakı situasiyadan xəbəriniz var.  Xeyli jurnalist, aktivist və demokratik düşüncəli insan həbs olunub. Bu haqda nə düşünürsünüz?

- Mən bilirəm ki, Azərbaycanda son zamanlar, xüsusən də iki il ərzində demokratik vəziyyət pisləşməyə doğru gedir, ölkə get-gedə qapanmağa başlayır, repressiyalar, güc tətbiqi artır. Bir parlamentari kimi biz əskiklikləri, çatışmazlıqları göstəririk, biz azad Azərbaycan istəyirik. Çalışırıq ki, həm hökümətlə həm də vətəndaş cəmiyyəti ilə yaxşı əlaqələrə malik olaq. Azərbaycan şəxsən mənim üçün təkcə təbii sərvətlərinə və enerji resurslarına görə maraqlı deyil, o həm də Avropa və Asiya arasında, xristianlıqla İslam arasında körpüdür. Azərbaycan açıq, dost, qloballaşmış İslamın göstəricisidir, radikal dini fikirlərə malik olan ölkələr üçün bir örnəkdir. Amma biz çox təəssüflənirik ki, bu ölkədə siyasi vəziyyət ağırlaşmağa doğru gedir. 

- Dağlıq Qarabağda vəziyyətin pisləşdiyini dediniz. Əgər yenidən müharibə başlayarsa o zaman Almaniyanın buna münasibəti necə olacaq?

- Region coğrafi cəhətdən bizdən çox uzaqdır və aydındır ki, buna görə bizim həqiqi təsir imkanlarımız zəifdir. Lakin tərəflərdən hansısa biri və ya hər ikisi bu donmuş konflikti yenidən alovlandırsa, bu, əlbəttə ki, yaxşı olmayacaq. Çünki adətən bu cür konfliklərin qalibi olmur. Gəlin Ukrayna ilə Rusiya arasındakı konfliktə baxaq, burada hər hansı qalib varmı? Mən tərəflərin heç birini qalib kimi görmürəm. Əlbəttə razılaşmaq mümkündürsə, tərəflər hansısa ortaq yol tapa bilərlərsə razılaşmaq vacibdir, əks halda Almaniyanın və ya başqa bu tip ölkənin hər hansı təsiri çox çətindir, çünki dediyim kimi region bizə çox uzaqdır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar