Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir”


“Nikol Paşinyanın ta əvvəldən Qarabağa həddindən artıq diqqət göstərir. Bu dərhal nəzərə çarpır”


“Bir tərəfdən o həqiqətən Azərbaycan ordusunun zərbələrindən çəkinir, belə ki, Bakının onu “yoldan keçən biri” kimi qəbul etdiyini yaxşı anlayır, digər tərəfdən isə, bizim barəsində yalnız gümanlar irəli sürə biləcəyimiz müəyyən məqamla bağlı bilgisi ola bilər”.

Bu fikirləri rusiyalı politoloq Qriqoriy Trofimçuk Dağlıq Qarabağda keçirilən qanunsuz aviasiya festivalı ilə bağlı Oxu.Az-a verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri hökumətin gözündə Sarksyanın əlaltısı sayılan Bako Saakyana o qədər də etibar etmir.

“Görünən odur ki, Paşinyan Ermənistanın daxilində inzibati xaosun getdikcə böyüməsi və yüksək vəzifəli erməni məmurların açıq aşkar təqiblərə məruz qalması fonunda Sarkisyanın tərəfdarlarının Qarabağı öz bazalarına çevirməyə cəhd edəcəklərini istisna etmir.

“Qarabağ klanının” taleyi elə gətirib ki, özlərinə Qarabağda yataq qurmaq məcburiyyətində qalıblar. Sadə dillə desək,  Qarabağ hələ ki, Paşinyan üçün ən problemli məsələlərdəndir. Bu məsələ onu yaman narahat edir”, - deyə agentliyin həmsöhbəti bildirib.

Ekspert bildirib ki, bununla əlaqədar intensiv Ermənistan-Azərbaycan danışıqlarının bərpasına israr edən ABŞ dövlət katibi Mayk Pompeonun son bəyanatına da diqqət ayırmaq yerinə düşər.

“Bunlar hamısı Qarabağ ətrafında baş verən hadisələrdə yeni səhifənin açıldığını təsdiiq edir. Bu artıq uzun illərin “piştaxta arxasında” gedən ləng və əhəmiyyətsiz söhbətlərdən müəyyən mənada fərqli olacaq.”, -deyə Trofimçuk bildirib.

Onun sözlərinə görə, Paşinyanın qırıcının kabinasında özünü “gözə soxması”, siyasi oponentlərinə psixoloji təsir göstərmək məqsədi daşıyır. Qarabağdakı aviasiya festivalı da eyni məqsədi daşıyır. Ancaq hesab edirəm ki, hər şey əksinədir: belə metodlar gücdən yox, daha çox zəiflikdən xəbər verir.

“Müvafiq olaraq, Azərbaycan baş verənlərlə bağlı son müşahidələr əsasında bundan düzgün nəticə çıxara bilər”, -deyə Trofimçuk vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar