Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağla bağlı məndə çox önəmli məlumat var...”


“Dağlıq Qarabağ probleminin həlli istiqamətində artıq Rusiyadan nəsə gözləməkdən keçib”


PİA.AZ xəbər verir ki,bu sözləri axar.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Dağlıq Qarabağ probleminin həllində maraqlı ölkələrin rolunu şərh edərkən deyib

O bildirib ki, ABŞ və AB dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı olduqlarını ifadə ediblər:
 
“AŞ PA-nın və AP-nin münaqişə ilə bağlı müvafiq qətnaməsi var. Bir sıra Avropa ölkələrinin parlamentləri Azərbaycanın işğal olunmuş əraziləri, etnik təmizləmə və yüzminlərlə qaçqın soydaşımızla bağlı qətnamə qəbul edib. Minsk Qrupunun həmsədri kimi daha çox ABŞ münaqişənin həllinə səy göstərib. Bir amil hər zaman nəzərə alınmalıdır ki, Ermənistan bu proseslərdə ancaq danışıqların imitasiyasını həyata keçirir. Dağlıq Qarabağ münaqişəsinin həlli fonundakı siyasəti və roluna görə Ermənistan müstəqilliyini itirmiş və hərbi pafosa çevrilmiş bir ölkədir. Müstəqil qərarlar vermək imkanına malik olmayan bir ölkənin bu məsələdəki rolu daha çox İrəvanın havadarından asılıdır. Rusiya problemin həllində önəmli addım atmaq istəyərsə, çox asanlıqla Ermənistanı sülhə məcbur edə bilər. Lakin bu, baş verməyəcək. Çünki artıq məsələnin həllində çıxış yolu kimi Rusiyadan hər hansı bir addım gözləməkdən keçib. Buna görə də problemlə bağlı yaxın 10 ildə nəsə ciddi bir irəliləyiş gözləmirəm. Ancaq məndə olan çox ciddi məlumatlara əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişənin həllində yaxın gələcəkdə Rusiya yox, başqa ölkələr nəsə etsin”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar