Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” – “Fiorentina” oyunu üçün stadion qardan təmizlənir


Avropa Liqasının qrup mərhələsinin son turunda bu gün Bakıda "Qarabağ"la İtaliya "Fiorentina"sı arasında keçiriləcək qarşılaşma hava şəraiti ilə əlaqədar təxirə salınmayacaq


 Bu barədə"Report"a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

N.İbrahimun sözlərinə görə, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündə qardan təmizlənmə işləri aparılır: "Oyunun təxirə salınmasından söhbət gedə bilməz. Hazırda arenanın ot örtüyünün təmizlənməsi prosesi gedir və yekunlaşmaq üzrədir. Tezliklə bu iş başa çatacaq. Bundan sonra hava şəraiti nəzərə alınaraq, oyundan əvvəl yenə təmizlənmə işləri aparılacaq. Ot örtüyünün vəziyyəti yaxşıdır. Sadəcə örtük bir az yumşalacaq. Bu da böyük problem deyil. Nəzərə almaq lazımdır ki, sonuncu turdur və oyunlar eyni saatda başlayır. Əgər hakimlər qərar verərsə, o halda oyun keçirilməyə bilər. İndiki vəziyyətdə isə oyunun keçirilməsi qənaətbəxş sayılır".

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar