Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarayaxma kampaniyaları artan nüfuzumuza xələl gətirməyə hesablanıb”


“Son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə hesablanıb.”


Bunu modern.az-a açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Deputat qeyd edib ki, özlərini “beynəlxalq araşdırmaçı təşkilatlar” kimi təqdim edən, lakin əslində bəzi qüvvələr tərəfindən idarə olunan qurumlar ölkəmizə qarşı aparılan qara piarda aktivlik nümayiş etdirirlər.

“Buna səbəb isə Azərbaycanın  qlobal məsələlərdə bu qüvvələrin maraqlarına deyil, vətəndaşlarımızın mövqeyini qorumasına xidmət etməsidir.  Eyni zamanda guya ölkəmizdə  “insan haqqlarının pozulmasını”  qabardan bu qüvvələr Azərbaycanın heç kimin diqtə və şərtləri ilə siyasət aparmadığını həzm edə bilmir.” F. Muradov onu da əlavə edib ki, Azərbaycan cəmiyyəti dünyada gedən prosesləri izləyir və ona öz qiymətini verməyi bacarır.

“Bu gün Azərbaycan vətəndaşı ölkəmizin ərazi bötövlüyü məsələsində vəhdət  mövqe nümayiş etdirir və kimlərinsə qarayaxma kampaniyasına deyil Qarabağın azad olunması istiqamətindəki addımlara daha çox diqqət yetirir.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar