Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarşı tərəfdə qoşunların toplanmasını müşahidə edirik…” - David Babayan


“Biz bunu diqqəti daxili problemlərdən yayındırmaq üçün demirik. Aprel ayından başlayaraq bildiririk ki, təmas xəttinin qarşı tərəfində qoşunların toplanması və aktivlik müşahidə olunur.”


Bunu Dağlıq Qarabağdakı qondarma rejimin sözçüsü David Babayan söyləyib.

Növbəti dəfə təxribat xarakterli bəyanatla çıxış edən qondarma rejim təmsilçisi erməni mətbuatına açıqlamasında bildirib ki, guya “DQR”-də heç bir daxili problem yoxdur və onları narahat edən yeganə məsələ Azərbaycan tərəfinin mümkün hərbi hücumudur.

“Bəzi şəxslər, həmçinin erməni adı ilə yazan Azərbaycan vətəndaşları bizim fikrimizi yayındırmaq istəyirlər. Biz isə deyirik ki, 2016-cı ilin aprelindən bu yana ilk dəfədir ki, qoşunların bu cür toplanmasını müşahidə edirik”.

Separatçı rejimin sözçüsü ermənilərin Azərbaycan rəhbərliyinin bəyanatlarına diqqət yetirməli olduğunu xüsusi vurğulayıb. Jurnalistlərin suallarına cavab olaraq D.Babayan bildirib ki, qoşunların toplanması aprel döyüşlərinin təkrarlanmasını mümkün edir və Azərbaycan tərəfinin hücuma keçməsini istisna etmirlər.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar