Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaynanam dedi ki, biz toyu etmişik, nəyə gəlmisiz?“


"Toyum olmamış gəlin köçdüm"


ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Gülüstan Əliyeva maraqlı açıqlamalar verib.

Əməkdar artist ailə həyatı qurması ilə bağlı xatirələrini bölüşüb: 

"Həyat yoldaşım yaşadığı bölgədə çox tanınan bir insan idi. Gənc olmasına baxmayaraq, çox hörmətli şəxs idi. Nəsilləri də köklü idi. Onlar hamısı Zahidin (yoldaşımın) toyunu səbirsizliklə gözləyirdilər. Qız toyumun bitməsinə az qalmış, oğlan tərəfi dedi ki, biz artıq gəlinimizi aparırıq. Araya çaxnaşma düşdü. Qardaşım küsdü, anam ağladı. Çünki onlar bizə məni aparacaqlarını deməmişdilər. Sonunda bizimkiləri razı sala bildilər. Getdim gördüm ki, artıq onlar toy hazırlıqlarına başlayıblar. 3 dənə mağar qurublar: biri kənd camaatı, biri rayon, digəri isə Bakıdan gələnlər üçün. Çox böyük, təntənəli toy oldu. Anam düşünüb ki, bazar günü toydur, biz də 2-ci gün gedib Gülüstanı görərik. Anamgil 2-ci gün gəliblər bizə. Həyətə girən kimi qaynanam bizimkilərin qabağına çıxıb deyib ki, "nəyə gəlmisiz, biz artıq toyumuzu etmişik". Anam da: "Yaxşı, bəs indi qayıdaq geriyə?" - deyib və gülüşüblər. O gözəl toydan video, foto - heç nə yoxdur".

Gülüstan Əliyeva həyat yoldaşının şəhid olmasından danışarkən göz yaşlarını saxlaya bilməyib: 

"11 ay idi ki, ailə qurmuşduq. Oğlum da dünyaya gəlmişdi. Sözügedən 11 ay bütün ömrə bəs edər. Yoldaşım minaya düşdü. Həyat yoldaşım polis rəisi idi. Medalla təltif olunmuşdu. Düşmənlər onu izləyirdilər ki, aradan götürsünlər. Axırda istəklərinə nail oldular. Yoldaşım minaya düşüb şəhid oldu". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar