Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbələ” klubların reytinq siyahısında 13 pillə irəliləyib

Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb


Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 10, Avropa Liqasının 22 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.
 
Siyahıda yeddi Azərbaycan klubu da yer alıb. Təmsilçilərimiz III təsnifat mərhələsindən sonra açıqlanan siyahı ilə müqayisədə mövqelərini yaxşılaşdırıb.
 
Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadı. 1 pillə irəliləyən ağdamlılar 14,800 xalla 115-ci yerə yüksəlib. Buna əyalət klubunun İsveç “Höteborq”u üzərində ümumi qələbəsi səbəb olub – 0:1, 3:0.
 
9,550 xala malik “Neftçi”nin isə mövqeyi dəyişməyib. Bakılılar 156-cı pillədədi.
 
Sloveniya “Maribor”unu iki oyunun nəticəsində (3:1, 0:1) məğlub edib, qrup mərhələsinə yüksələn “Qəbələ” 13 pilləlik sıçrayışa imza atıb. “Qırmızı-qaralar” 7,550 xalla 179-cu yerə şərikdilər.
 
Hesabında 5,800 xal olan “İnter” 5 pillə geriləməklə 222-ci, 4,300 xala malik “Xəzər Lənkəran” mövqeyini 4 addım pisləşdirərək 283-cüdü. Digər komandalarımız isə “300-lük”dən də kənardadı. “Kəpəz” (3,800) 305-ci, “Bakı” (3,550) 314-cüdü. Sonuncular 3 pillə geriləyib.
 
Qeyd edək ki, İspaniya “Real”ının (144,428) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 134,528 xalla 2-ci, “Barselona” (İspaniya) 129,428 xalla 3-cü pillədə qərarlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar