Qış fasiləsində “Qəbələ”dən ayrılacaq ilk futbolçu Ekiqo Ehiosun olacaq
Bu barədə Qol.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, nigeriyalı hücumçu ilə imzalanmış 4 aylıq icarə müqaviləsi uzadılmayacaq.
Qeyd edək ki, Ehiosun “Qəbələ”yə yayda “Qazişəhər Qaziantep” klubundan transfer olunmuşdu.
pia.az