Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbirüstü nişanələr tam olaraq dinimizin tələblərinə uyğunlaşdırılmalıdır”


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müsahibəsi:


- Mübariz müəllim, bizdə belə bir tendensiya var ki, adətən yeni vəzifəyə təyin olunanlar təyinat aldıqları yerlərdə kadr dəyişikliyi edirlər. Sizin rəhbərliyiniz altında da Komitədə bir neçə kadr dəyişikliyi baş verib. Növbəti dəyişikliklər nəzərdə tutulurmu?

- Əvvəla, mən vəzifəyə gələndən sonra bizdə hər hansı kadr dəyişikliyi olmayıb. Mən bütövlükdə iş prosesində insanlarla işləməyin bir yolunu bilirəm. Öz vəzifəsini yerinə yetirməyə qadir olan şəxslə axıra qədər davam etməyə hazıram və bu mənim prinsipimdir. “Dövlət qulluğu haqqında” qanun var. Burada işləyənlərin hamısı dövlət qulluğundan keçib test vasitəsilə imtahan verərək işə qəbul olunublar. Biz o şəxləri hansısa formada işdən çıxardıb başqaları ilə əvəzləmək niyyətində deyilik. Yalnız o halda bu baş verə bilər ki, kimsə vəzifəsinin öhdəsindən gələ bilməsin. Bura dövlət qurumudur. Hansısa özəl şirkət deyil ki, kimdənsə xoşun gəlmirsə, onu işdən kənarlaşdırasan.

Mən bura təyin olunandan sonra yalnız köməkçi dəyişib. Köməkçinin dəyişməsi isə obyektiv səbəbdən baş verir.  Çünki hər bir şəxs işlərini köməkçisi vasitəsilə həyata keçirir. Bu və ya digər sənədləri ondan qəbul edir. Əvvəl işləyən köməkçi öz işini başqa işdə davam etdirir. O, işdən çıxarılmayıb. Hazırda məzuniyyətdədir.

Mənim məqsədim kimisə yeniləmək, əvəzləmək deyil. Bizdə imtahan verərək hüquq şöbəsindəki vakant yerə gənc oğlan qəbul olunub. Söhbətdən keçib, əmri verilərək işə başlayıb.

Daha sonra komitədə olan vakant yerə aparat rəhbəri təyin olunub. Burada da kadr dəyişikliyindən, komanda yığmaqdan söhbət getmir. Hansısa idman yarışı deyil ki, komanda yığılsın.

Bizim komandamız dövlətimizin siyasətidir. Burada olan insanlar da dövlət siyasətini həyata keçirən məmurlardır.

- Sizin son günlər yas məclisləri ilə bağlı cəmiyyətə verdiyiniz tövsiyyələr var. Sizcə, həmin tövsiyyələr ictimaiyyət tərəfindən dərk edilibmi?  Çünki hələ də bəzi adamlar deyirlər ki, biz yasda aş, başqa yeməklər vermək istəyirik...

- Hər bir millətin özünün adət-ənənələri var. Millətlərin, xalqların adət-ənənələri onların mənsub olduğu dinlə çox sıx sürətdə bağlıdır. Din də milli adət- ənənələrə ən çox təsir göstərən elementlərdən biri sayılmalıdır. Azərbaycanda əhalinin 96 faizi İslam dininə sitayiş edir. Yas mərasimləri ilə bağlı bizim qaldırdığımız məsələ cəmiyyəti düşündürür. Dəfələrlə bu mövzu gündəmə gəlib. Biz də bu məsələdə cəmiyyətin istək və arzusunu nəzərə almışıq. Yas mərasimlərində həddindən artıq israfçılığa yol verilməsi, onu hansısa formada dəbdəbə şəklində keçirmək nə dinimizə, nə də milli adət-ənənəmizə uyğun deyil. Səmavi dinlərin hamısında israfçılıq həddindən artıq tənqid olunur. İslamın özündə də israfçılıq bağışlanılmaz hallardan biri kimi özünə yer tapıb. Hətta Qurani-Kərimdə məxsusi ayədə deyilir ki nə əldən çox möhkəm ol, nə də israfçı ol. Bunlardan birində səni qınayarlar, birində isə peşman olarsan. 

Yas mərasimlərində dinimizə, mentalımıza uyğun dəyişikliyə ehtiyac var.  Bu dəyişiklilər də əhalinin razılığı ilə tövsiyəsi ilə təbliğat vasitəsi ilə həyata keçirilməlidir.

Azərbaycan çox sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə, biz ulu öndərin vaxtından başlayaraq inkişaf tempimizi daha yüksək səviyyə qaldırmışıq.  Azərbaycan bir sıra sahələrdə nümunəvi ölkə kimi fəaliyyət göstərməkdədir. Təsəsvvür edin ki, bizim inkişaf sürətimiz adət-ənənələrimiz, milli düşüncə tərzimizə də təsir göstərməkdədir. Biz bu inkişafdan geri qala bilmərik. Sosial sahədə də sürətli dəyişikliyə ehtiyac var. Belə olanda da biz adət ənənələrimizə diqqət yetirməliyik. Yas mərasimlərində də bizim tövsiyyələrimiz özünü doğrultmaqdadır. Əksər rayonlarda yeddi və üç mərasimi birləşdirilib. Hansısa ifrat formada yas mərasimi keçirmək dayandırılıb.  Bir çox yerlərdə yas mərasimlərində yemək vermək məsələsi həll edilib. Bütövlükdə süfrələr insanları qane edəcək səviyyəyə enib. İnsanları qane edəcək dedikdə, mən həm mənəvi, həm də psixoloji məsələləri nəzərə alıram.

Qaldı ki, kimsə plov vermək istəyir məsələsinə, görünür bu adamlar ehsan anlayışını o qədər də yaxşı mənimsəməyiblər. Ehsan yalnız yemək deyil. Ümumiyyətlə, yemək insanın yaddaşında qalmayan elementlərindən biridir. Mən sizdən soruşsam ki, axırıncı dəfə ən yaxşı yeməyi harada yemisiniz, xatırlaya bilməyəcəksiniz.  Bizdə də yaxşı deyim var. Heç dünən yediyim yadımda deyil. Görürsünüz, insanın yaddaşında yemək qalmır. İnsanın yaddaşında yaxşılıq qalar. Məsələn, siz tələbə olarakən kimsə sizin təhsil haqqınızı ödəmiş olsaydı, ömrü boyu onu yaddan çıxarmazdınız. Yaxud  hansısa xəstəni müalicə üçün kimsə maliyyələşdirsəydi, xəstə heç vaxt onu unutmazdı. Və yaxud kimsə hardasa bulaq tiksəydi, ağac əksəydi və s insanlar onu həmişə xatırlayardı. Amma yeməyi heç kim xatırlmaz. Ona görə də yemək ehsan deyil. O gündəlik təlabatdır. Ehsan isə insan yaddaşına hopmalı olan xeyirxah əməldir. Ona görə də ehsan anlayışını düzgün qavramaq, tətbiq etmək lazımdır. Kimsə  yeməyi ehsan hesab edirsə, həmin şəxs Qurani-Kərimdə olan ehsan anlayışını ilə bağlı tələbi kifayət qədər mənimsəmir.

İnsan üçün iki qiymət dəyişməzdir, böyük dəyərdir. Biri cansağlığıdır, biri də vaxt. İnsan üçün ömür çərçivədədir. Bu ömür vaxtdan, vaxt isə dəqiqələrdən, saniyədən ibarətdir. İnsan bu vaxtdan səmərəli istifadə etməlidir. Siz mənasız vaxt itkisini, ömrünüz bir hissəsini könüllü olaraq yaşamamış kimi saya bilərsiniz. Ona görə də indiki texnologiyalar əsri tələb edir ki, biz hər şeyi zamana uyğun quraq. İnsanlar yas düşən yerə dərdə şərik olmaq üçün başsağlığı verməyə gedirlər. Başsağlığını telefonla, insanı görəndə, mətbuat, “Qafqazinfo” vasitəsilə də demək olar. Bu başsağlığını vermək üçün 400 km yol getməyə ehtiyac varmı?

Əgər hardasa bir şəxs vəfat edibsə, onun ən yaxın əzizləri yas mərasiminə gedə bilər. Onun salam verdiyi, çörək kəsdiyi minlərlə insanın ora getməsinə ehtiyac varmı? Hesab edirəm ki, ehtiyac yoxdur.

Azərbaycanın bir tərəfindən o biri tərəfinə ən uzağı 5 saata getmək olur. Bəziləri deyir ki, qonağım gəlib. Bəs ona nə verməliyəm? Qonaq 3 saat yol gəlib. Vacibdir ki, 3 saatdan sonra yemək yesin? Əgər onun ora getməyi vacib idisə, bir stəkan çay, bir parça halva ilə içib geri dönsə, onun orada yemək yeyerək zaman itirməyinə ehtiyac qalarmı? Ən əzizlər təbii ki, ailə üzvləridir. Orada öz yeməyini yeyəcək. 

 Min adam bir tanınmış adamın yasına gəlirsə, onu ev sahibi necə qarşılasın? Toy deyil ki, dəvətlə çağırılsın. Ailə üçün qonaqları yerləşdirmək, onlara diqqət yetirmək  problem yaradır. Və yaxud bir insan rayonda  vəfat edir. Şəhərdə gəlib yenə çadır quraraq başasağlığı qəbul edir. Qardaşım, sən artıq başsağlığını qəbul etmisən. Sənə telefonla başsağlığı veriblər. Təkrar-təkrar başsağlığı qəbul etməyə ehtiyac varmı? Sənin dərdinə şərik olmağın ən böyüyü sənə əziyyət verməməkdir.  Sənə əziyyət verməklə dərdinini  üstünə dərd gətirməyə ehtiyac varmı?

Bu çox ciddi məsələdir. Kimsə hesab edirsə ki, o yemək vermirsə bu əzizi üçün ehsan verməmiş sayılacaq o dindən xəbərsiz adamdır. O insan ehsanatlı bir iş görmək istəyirsə daha xeyirxah iş görsün. Həmin kənddəki məktəbə kompuyuter bağışlamağın özü də bir ehsandır. Yeməyi ehsan hesab edirsənsə, onda yemək hazırlayıb fəqir füqəraya payla. Və yaxud ərzaq şəklində kasıblara payla.

Yüzlərlə insanın toplaşdığı o məclislərdə nə qədər yeməklər artıq qalır. Əgər sən bunu ehsan sayırsansa, bilirsənmi ki yeyilməyən yeməklərin axırı nə olur? Ehsan atıla bilər? O axıra qədər yeyilməli idi.  Deməli o qədər olmaılı idi ki, yeyilib bitsin.

 Mən sizə bizim poçtanı göstərə bilərəm. Bizə yazan yüzlərlə insan bu tövsiyyələri dəstəkləyir.

- Hazırda qəbir daşları məsələsi də aktualdır. İnsanların imkanı oldu-olmadı biri digərindən geri qalmasın deyə bahalı qəbir daşları düzəldirlər. Bunun qarşısını almaq üçün nə kimi addımlar atılmalıdır?

- Məzarlıqlarımız sistemli şəkildə tərtib olunmalı, orada baş daşları, qəbirüstü nişanələr tam olaraq dinimizin tələblərinə uyğunlaşdırılmalıdır. Qəbiristanlıq muzeyə çevrilə bilməz. Qəbirlər bir-birindən kəskin şəkildə fərqlənə bilməz. Kəskin fərqlər həmin qəbiristanlığa girəndə də o qədər xoş əhval-ruhiyyə yaratmır. Bu məsələlər əlbəttə qanunla tənzimlənməlidir. Yas mərasimləri qanunla tənzimlənə bilməz. Əlbəttə, biz bütün islahatları həyata keçirmək üçün din xadimləri, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə çox ciddi məsləhətləşirik. Onlar da israfçılığın əleyhinədir. İsrafçılıq təkcə müsəlman ailələrinə deyil, Azərbaycanda yaşayan xristian, iudaist və digər ailələrə də məxsusdur. 

- Bu yaxınlarda Təzəpir məscidində verilən ehsanların birində israfçılıq hallarının yaşandığının şahidi olduq...

- Mən yas mərasimləri ilə bağlı gedən prosesdə Təzəpir məscidində olmuşam. Mənim olduğum məclisdə yalnız çay, halva, xurma verilib, yemək olmayıb.  Mətbuat yazıb ki, orada yemək verilib. Bunu özüm görməmişəm. Mətbuatın hər yazdığına da etibar etmirəm. Bəzən sensasiya yaratmaq, qurumlar arası münasibətləri gərginləşdirmək xatirinə yazılar yazırlar. Amma biz bu prosesin başlanğıcındayıq. Bu zaman tələb edir. Biz sosial psixoloji baxımdan ənənələrimizlə bağlı keçid mərhələsinə qədəm qoymuşuq.  Ona görə də, bəzi yerlərdə bu tövsiyyələr yerinə yetiriləcək, bəzilərində yerinə yetirilməyəcək. Biz onun tərəfdarıyıq ki, burada heç bir zor tətbiq edilməməlidir. Burada yalnız təbliğat öz işini görməlidir. Hər kənddə ziyalılar, ağsaqqallar bir araya gəlib məsələni konsensus yolu ilə həll etməlidir. Əsasən da yas mərasimləri ilə bağlı vaxt azalmalıdır. Üç mərasimi ilə yas başa çatmalıdır. 40 mərasimi vəfat edənlərin yalnız yaxınlarının iştirakı ilə olmalıdır. Üç mərasiminə gələn 4 mərasiminə də gəlib başsağlığı verir. İki dəfə baş sağlığı verəcəksən? Vermisən axı bir dəfə. Toya neçə dəfə gəlirlər? Bir dəfə. Hər dəfə gəlib toyu təbrik edirlər?  Bəzən biz adət-ənənəmizin girovuna çevrilirik. Adət- ənənə dediyimizi dinimizlə bağlamaq istəyirik. Bunu İslam diniylə bağlamaq olmaz. Bunlar hamısı bütpərəstliyin, Zərdüştlüyün qalıqlarıdır. İslamda yas mərasimi 3 günə bitib. Peyğəmbər s.a.s əmisi oğlu Cəfər vəfat edəndə üç gün məsciddə duraraq yalnız gələnlərdən başsağlığı qəbul edib. Halbuki o dövrdə nə telefon, nə də yüksək sürətli nəqliyyat var idi. Biz peyğəmbərin qurub yaratdığı Allah təaladan gələn Qurani-Kərimin tələblərinə uyğun olaraq bu işləri görmək istəyiriksə, belə görməliyik. Yox, biz bunu hansısa başqa xalqların, dinlərin törəməsi kimi bizə keçəm bir iş kimi görmək istəyiriksə, mən deyirəm ki bu iş düz deyil. Siz fikir verirsiniz ki, bu məsələni millət vəkilləri, ziyalılar müdafiə edirlər. Əleyhinə çıxan bəzi adamlar var. Ola bilsin ki, onların burada maraqları var. Hesab edirəm ki mərasim  yerlərinin sayı daha da artmalıdır. Biz dediyimiz formada yas mərasimləri keçirəndə onlar da həm maddi baxımından  özlərini yaşada biləcək, həm də ola bilər ki öz xərclərini ödəyə biləcəklər. Eyni zamanda savab qazanacaqlar. İnsanlar əziyyət çəkməyəcək, az məsrəflə yası yola verəcək, ailələr borca düşməyəcək, gedib buna görə kredit almayacaq.

Və yaxud məzarlıqlarda bahalı daşları qoymağa ehtiyac qalmayacaq. İnsanlar bəhsəbəsə düşməyəcək. Daşlar, qəbirlər eyni olanda imkanlı ilə imkansızın fərqi olmayanda  insanlar bunu görəcək. Hər kəs açıq ürəklə qorxmadan bu işi görəcək.  Amma indi bəziləri başqasının mərmərdən, qranitdən olan daşını görəndə düşünür ki, birdən mən başqa daş qoysan qınayarlar və.s  Halbuki mərmər qarnit daşlara sərf olunan vəsait daha xeyirli işlərə sərf oluna bilər. 

- Sizin son günlər həyata keçiridiyiniz işlər cəmiyyət tərəfindən maraqla qarşılanıb, müsbət rəy alıb.  Daha nə kimi işlər görməyi planlaşdırırsınız?

- Komitə müxtəlif təşəbbüslərlə çıxış edir və bundan sonra da çıxış edəcək. Dini maarifləndirmə ilə bağlı çox böyük işlər görəcəyik. İTV-nin efirində Komitənin  nəzarətində olan veriliş var idi. Həmin veriliş yenə davam edəcək. Bizim qəzetimiz nəşr olunur. Həmin qəzet vasitəsilə fikirlərimizi çatdırırıq. Biz gələn ildən dini diskusiyalar ilə bağlı elmi xarakterli jurnalımızı nəşr etdirməyə başlayacağıq. Bizim ən çox görəcəyimiz işlərdən biri insanlarla təmas qurmaqdır. Bütün rayonlarda görüşlər keçirəcəyik. Çalışacağıq ki, bütün məscidlərə baş çəkək. Bizim axundlar, din xadimləri ilə yaxın təmaslarımız var. O cümlədən QMİ və onun sədri olan hörmətli şeyximizlə şəxsən bu məsələlər ilə bağlı geniş fikir mübadiləm var. Şeyxülislam Hacı Allahşükür Paşazadənin də ölkəmizdə məzarlıq, yas mərasimləri ilə bağlı tövsiyyələri var. Vaxtilə QMİ də bununla bağlı fətva verib. Eyni zamanda Prezident Administrasiyasında Millətlərarası multikulturalizm və dini məsələlər üzrə şöbə yaradılıb. O istiqamətdə də çox böyük işlər görülür. Bilik fondu  yaradılıb. Biz eyni zamanda xarici ölkələrin dini qurumları ilə əlaqələrimizi bundan sonra daha da genişləndirəcəyik. Onlarla təcrübə mübadiləsi aparılacaq.

Amma bizim hədəfimiz ölkənin daxilidir. Ölkənin daxilində biz qeyri- ənənəvi islami cərəyanların baş qaldırmasına imkan verməyəcəyik. Azərbaycanda dini baxımdan qarşıdurmaya cəhd göstərmək istəyirlər. İnsanları müəyyən vasitələrlə öz təsirləri altına salaraq Azərbaycanın ictimai-siyasi sabitliyinə xələl gətimək istəyirlər. Biz onları ideoloji cəhətdən də tərksilah edəcəyik. Bütövlükdə onların Azərbaycanda kök salmasına imkan verməyəcəyik. Biz bunu ideoloji iqtisadi- siyasi bütün vasitələrlə edəcəyik.  Milli adət-ənənələr və dinimizdə olan tələblərin normal icrası üçün şərait yaratmışıq. Ölkəmizdə milli dini inkişafı irəli getməsində nə lazımdırsa, onu edəcəyik. Yeni müasir tipli məscidlərin tikilməsinə dəstək verəcəyik. Dövlətin buna dəstəyi göz önündədir. Bu gün Azıərbaycanda 2050-yə qədər məscid var. Prezident İlham Əliyevin birbaşa göstərişi ilə çoxsaylı məscidlər bərpa olunub. Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanımın təşəbbüsü ilə bir çox  ziyarətgahlar təmir olunub. Binəqədi rayonunda çox böyük bir məscid inşa olunmaqdadır. Dövlət din münasibətləri Konstitusiyaya və qanunlara söykənərək həyata keçirilir. Ölkəmizdə qeyri-ənənəvi cərəyanların qrupların müəyyən mənada fikirlərini yaymaq üçün zərərli hesab etdiyimiz ədəbiyyat və məmulatlar dövriyyəyə çıxarılır. Bunun qarşısını almaq üçün ciddi və təxirə salınmaz tədbirlər görəcəyik. Bizim milli təhlükəsizliyimizə xələl gətirən bu və ya digər cərəyanların qarşısını almaq üçün hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edəcəyik. Bütövlükdə milli təhlükəsizlik orqanları ölkəmizi bütün sahələrdə olduğu kimi ideoloji sahələrdə də olan zərərli meyillərdən qorumaqda çox böyük işlər görməkdədir.  Biz də bu məsələlərdə öz sözümüzü deyəcəyik  və köməyimizi göstərəcəyik.  Bizim yerlərdə şöbələrimiz var. Onlar bu işi həyata keçirməkdədir. Mərkəzi Aparatımız var, şöbələrimizn sayını artırmağı düşünürük. Çox yaxşı işçilərimiz  var. Yüksək səviyyəli ilahiyyatçılar, alimlər burada  çalışırlar. Eyni zamanda Elmlər Akademiyasında olan alimlərlə əməkdaşlıq edirik. Bu işlər yalnız bir komitənin işi deyil.

Din dövlət münasibətlərinin həllində bütün cəmiyyətin, ziyalıların hərəkətə keçməsi olduqca vacibdir. Yeni Azərbaycan Partiyası bu işlərin görülməsində çox böyük fəallıq göstərir. Yerli, rayon təşklatlarımız müxtəlif tədbirlər keçirirlər. Gənclərimiz arasında izahat işi aparırlar. Sosial iqtisadi cəhətdən keçid mərhələsini arxada qoysaq da, mənəvi- psixoloji, adət ənənələrlə bağlı məsələlərdə keçid mərhələsinə daxil olmuşuq.

 - Toy mərasimlərimizdə də bu cür israfçılıq halları baş verir...

- Toy mərasimlərimizdə də çatışmazlıqlar var. Bununla bağlı da keçmiş deputat həmkarlarım çox ciddi layihələr üzərində işləməkdədirlər. Əminəm ki, bu sahədə də biz ciddi irəliləyişə nail ola biləcəyik. Biz güclü xalqıq, millətik. Gözəl ərazidə yerləşirik. Dünyada olan 50 milyon azərbaycanlının ümid, istinad yeri müstəqil Azərbaycandır. Prezident İlham Əliyevin başçılığı ilə biz böyük işlər həyata keçiririk. Biz düşmənlə üz- üzəyik. Ermənistan bizə hücum edib. Bu təcavüzkarı dəf etmək üçün biz bütün sahələrdə güclü olmalıyıq. Milli adət- ənənələrimiz bizm üçün  olduqca əhəmiyyətlidir. Lakin zaman-zaman milli adət- ənənələrin özündə də düzəlişə ehtiyac var.

- Mübariz müəllim, öllkədə belə bir tendensiya müşahidə olunmaqdadır. Bir müddət ayrı- ayrı dini cərəyanlara məsələn, vəhhabilərə, bir müddət nurçulara,  vəhhabilərin bəzi qanadlarına qarşı mübarizə gedir. Mübarizə mediada mütəmadi işıqlandırılır. Amma elə vaxt olur ki bu məsələlər hamısı gündəmdən çıxır. Bu o deməkdir ki, təhlükə sovuşub?

- Bizdə ictmai-siyasi sabitlik olduğu kimi, dini baxımdan da sabit ölkələrdən biriyik.  Bizdə məzhəblər arası toqquşma müşahidə olunmur. Məzhəblərarası qarşıdurma tariximizdə də qeydə alınmayıb. Bəzi ölkələrdə dinlər, məzhəblərarası  toqquşma özünü açıq şəkildə nümayiş etdirir. Biz tolerantlıq nümunəsiyik. Tolerantlıq öz mövqeyindən geri çəkilmək demək deyil. Tolerantlıq qarşı tərəfin mövqeyini dinləyib onla əməkdaşlıq etməkdir. Bizdə ənənəvi islam var. Bu o deməkdir ki, ərazimizdə İslam dininin tarixən formalaşmış qaydaları, ənənələri olduğu kimi yaşamalıdır. Bir də ki kənardan bizə hansısa dinlərə cərayanlara təşviq etmək istəyənlər var. Həmin cərəyanlar dinlərin özləri tərəfindən inkar olunub. İslam dini xırda cərəyanları, bəzi qrupları qəbul etmir. Xristianlığın özünün də qəbul etmədiyi bir neçə cərəyanlar var. İslamda şiəlik sünnilik məzhəbi var. Bu məzhəblərlə bağlı ölkəmizdə heç vaxt problem olmayıb. Bu məzhəb bölgüsünü xalq mental, genetik  olaraq yaddaşında yaşatmır.

Azərbaycana kənardan vəhhabiliyi onun qanadlarını, nurçuluğu gətirib təşviq edərək onu yaymaq istəyənlər var. Bunları da yaymaq istəyənlər özlərinə tərəfdar toplaya bilmir. Çünki Azərbaycan  xalqı özünün milli adət -ənənəsindən tarixən formalaşmış qaydalardan uzaqlaşmaq niyyətində deyil. Azərbaycanlı gənc vəhhabinin geyindiyi geyimi və onun zahiri görkəmindəki dəyişikliyi qəbul etmir. Belə olan halda onun qəbul etdiyi, təşviq etdiyi xətti də qəbul etmir. Azərbaycanda məscidlərdə insanlar rahat şəkildə dini ayinlərini həyata keçirir və namaz qılır. Qadınları geyimlərində sərbəst şəkidlə dini elemtlərdən istifadə var. Heç kim buna qadağa qoymur.

Mən yerlərdə görüşlər keçirirəm, müxtəlif dini qrupların nümayəndələri ilə də görüşürəm. Onlarla dini baxımdan da fikir mübadiləri edirik. Mən onlara da açıq şəkildə demişəm ki sizin Azərbaycanda təbliğ etdiyiniz xətt özünə yer tapmayacaq. Birincisi, xalq istəməyəcək. İkincisi isə, biz buna imkan vermərik. Biz hansısa ölkə deyilik ki, kimsə gəlib burada missionerlik edib nəsə yaymaq istəsin. Azərbaycan dini cəhətdən oturuşmuş ölkədir. Burada missonerlik etmək istəyən peşman olub qayıdacaq. 

Bu məsələlərin mediaya çıxmasına gəlincə isə, mətbuat bu məsələlərə hadisələrə uyğun olaraq reaksiya verir. Mətbuat öz işini gündəlik hadisələr üzərində qurub. Bütövlükdə elmi nəzəri araşdırmalarda, yazılarda bu məsələ daima gündəlikdədir və təhlil olunur.

Mən hesab edirəm ki, din dövlət münasibətləri Komitənin, hökumətin bu sahədəki gördüyü işlərdən yazanda obyektiv olmaq lazımdır. Yas mərasimləri ilə bağlı radikal müxlaifətin mediasını izləyəndə görürəm ki, sensasiya xarakterli dəqiq olmayan məlumatlar yayırlar . Amma bir dəfə görmədim ki, onlar yazsınlar ki bu lazımdır. Bəlkə onlar istəmirlər ki, ölkədə bu cür islahatlar olsun . Bəlkə onlar istəyirlər ki, biz xürafat dövründə qalaq. Təhlil etmək əvəzinə sensasiya axtarırlar.  Hansı zərərli adət-ənənələr varsa, onları aradan qaldırmaq üçün təşviqat aparmaq lazımdır. Vaxtilə Azərbaycanda qızları ərə verəndə başlıq alırdılar. İndi görürsünüz ki, bu yoxdur. Əmiqızı, xalaqızı, xalaoğlu evlənmələri var idi. Görürsünüz, bu nə qədər azalıb. İnsanlar başa düşüblər ki, bu  talassemiya xəstəliyi yaradır, qorxuludur. Biz zamana uyğunlaşmalıyıq. Amma  milli adət- ənənəmizin nüvəsinə toxunmalı deyilik. O nüvə əbədidir. O inkişafımızdan, mentalitetimizdən irəli gəlir. Heç kim də bu nüvəyə toxunmaq niyyətində deyil. Sadəcə bu nüvənin içərisinə daxil olmaq istəyən yad cisimlərin qarşısını almaq istəyirik.

- Bizə elə gəlir ki, bu məsələlərin bir müddət gündəmdə qalıb sonra yoxa çıxması xüsusi adamlara xidmət edir. Siz necə düşünürsünüz?(qafqazinfo)

Ardı var...



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar