Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdır”


Elxan Mehdiyev: “Avropa və Amerikadakı güclü erməni diaspor təşkilatları ölkə daxilindəki vəziyyətdən istifadə edərək Azərbaycan əleyhinə böyük təbliğat aparırlar”


Qərb ölkələrinin hökumətləri Azərbaycanın ünvanına tənqidləri daha da artırır. Son olaraq ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasında Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlər olduğunu bildirib. 

Bir çox siyasi şərhçilərə görə, Qərbdən, xüsusən də Avropa ölkələrindən Azərbaycana qarşı tənqidlər getdikcə daha da sərtləşir. Son olaraq ABŞ prezidentinin birbaşa Azərbaycanın adını çəkərək tənqid etməsi bu iddiaları gücləndirir. Hətta bir çoxları son olayların fonunda Qərbin Azərbaycan hakimiyyətindən üz döndərdiyini, Bakı ilə savaşdığını qeyd edirlər. Doğrudanmı belədir? Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti ölkədəki Qərb institutlarına, QHT və mediaya qarşı uzun zamandır basqı siyasəti aparır. Doğrudur. bu vəziyyətlə bağlı Qərb ölkələrindən, nüfuzlu beynəlxalq təşkilatlardan tənqidlər gəlir, ancaq paralel olaraq Qərb dövlətləri Azərbaycanla əməkdaşlığı davam etdirir. İndi isə tənqidlər daha da sərtləşib. Bu vəziyyət Azərbaycan hakimiyyəti üçün nə vəd edir? Doğrudanmı, Qərb Azərbaycan hakimiyyəti ilə düşmən münasibətlərindədir?

Siyasi ekspert Elxan Mehdiyev “Yeni Müsavat”a açıqlamasında Azərbaycan hakimiyyəti ilə Qərb dövlətləri arasında münasibətlərlə bağlı durumu şərh etdi. Onun fikrincə, Qərb dövlətləri bütün çatışmazlıqların fonunda Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bunun isə bir neçə səbəbi var: “Avropa və Amerika Azərbaycanla münasibətləri dərinləşdirməkdə maraqlıdır. Bu həm Azərbaycanın coğrafi yeri, Rusiyaİranın arasında yerləşməsindən, enerji resurslarından istifadəyə görədir. Qərb Azərbaycanın enerji ehtiyatlarının Rusiyadan yan keçməklə Avropa bazarına çatdırılmasında maraqlıdır. Nəhayət, Ermənistan-Azərbaycan hərbi qarşıdurması bu dövlətləri cəlb edir”. 

Ancaq E.Mehdiyevin Qərb üçün əsas mühüm olan Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıqdır: “Xəzər hövzəsində yerləşməsi, NATO-nun Əfqanıstana dəstəyin təmin olunması və İran-Rusiya faktoru. Nəhayət Qərb Azərbaycanda liberal dəyərlərin inkişaf etdirilməsi, demokratik, yəni xalqın iradəsini əks etdirən hökumətin olmasından yanadır. Bütün bunlardan yanaşsaq Azərbaycanla bağlı insan haqları ilə bağlı hesabatların mənfi olması sadaladığımız sahələrdə əməkdaşlığı dayandırmaq üçün əsas yaratmır. Əksinə onlar qarşılıqlı ikitərəfli münasibətləri, beynəlxalq səviyyədə əməkdaşlığı gücləndirməklə demokratiya və insan haqları sahəsində islahatlara təkan vermək, repressiyaları aradan qaldırmağa çalışırlar. Yəni Azərbaycan tərəfini inandırmağa çalışırlar ki, bu heç də beynəlxalq aləmdə Azərbaycana fayda gətirmir. Diplomatik danışıqlar bu səpkidə gedir”.

E.Mehdiyev hazırkı durumu Azərbaycan və Qərb arasında münasibətlərin düşmənçilik səviyyəsində olduğunu deməyə əsas vermir. Ekspertə görə, hazırkı vəziyyət hakimiyyət üçün problem yaratmasa da, Azərbaycanın bir nömrəli problemi olan Qarabağ münaqişəsində Azərbaycanın mövqelərini xeyli dərəcədə zəiflədir: “Əgər Azərbaycanla bu ölkələr düşmən olsaydılar, yəni münasibətlər 2-3 il əvvəlki İran kimi olsaydı o zaman insan haqları məsələsindən Azərbaycana qarşı geniş şəkildə istifadə olunardı. Lakin hazırda belə bir vəziyyət yoxdur. Ancaq bu halın özü də Avropa və Amerikadakı güclü erməni diaspor təşkilatlarının Azərbaycan əleyhinə böyük təbliğat aparmaları üçün imkan yaradır. Onlar bu tribunalardan Azərbaycan əleyhinə geniş təbliğat aparmaqla erməni işğalını pərdələməyə çalışırlar”. 

Bəs Azərbaycanda siyasi vəziyyətin pisləşməsi Qərbin Bakıya qarşı sərt təzyiqlərinə səbəb ola bilərmi? E.Mehdiyev deyir ki, bu, yalnız Azərbaycanda repressiyaların daha da dərinləşməsi, vəziyyətin daha pisləşməsi halında mümkün ola bilər: “Əgər repressiyalar dərinləşərsə, daha da zorakı xarakter alarsa o zaman Avropadakı demokratik düşərgə öz hökumətlərinə Azərbaycanla münasibətlərini məhdudlaşdırmaq tələbini qoya bilərlər. Bu isə yalnız vəziyyətin daha da pisləşməsi, dözülməz hal aldığı zaman ola bilər. Ancaq mən əminəm ki, bizim xaricdəki səfirliklər və XİN oradakı atmosferdən xəbərləri var. Onlar təbii ki, Azərbaycanın adından danışdıqları üçün dövlətin çətin vəziyyətə düşməsini istəməyəcəklər. Əgər dərinləşərsə, bu işin içində olan adam kimi deyirəm ki, bu ancaq erməni işğalının uzanmasına səbəb olacaq, dünya ölkələrində Azərbaycana rəğbət qalmayacaq. Bu isə Qarabağ münaqişəsində dünyadan alacağımız dəstəyi kəskin şəkildə azalda, vəziyyəti bizim əleyhimizə dəyişdirəcək”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar