Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəzada üzüm cırıldı, yoxsa aktyor olacaqdım” - Vüqar


ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan meyxanaçı Vüqar Əbdülov maraqlı açıqlamalar verib


Axşam.az-ın məlumatına görə, o, ilk olaraq meyxananın inkişafından bəhs edib:
 
"Meyxana çox inkişaf edib, coğrafiyası böyüyüb. Təkcə Bakı kəndləri yox, artıq rayonlarımızda da meyxana deyilir. Coğrafiya böyüyüb düzdür, bəs sağlam rəqabət qalıbmı? O vaxt televiziyalara çıxmaq olmurdu. Nizami Rəmzi yazırdı "seyri siçan", o tərəfdən Ağasəlim Çıldaq yazırdı ki, "qara pişik". Bu, onların arasındakı rəqabət idi. Məsələn, mənimlə Namiq Qaraçuxurlu arasında oldu bu. Mən yazdım "Ata, sən özün cavan olmamısanmı", Namiq yazdı "Papanın gül balası". Bu, rəqabətdir, iki personajın üz-üzə qoyulmasıdır. İndi belə şeylər yoxdur, hamı bir-birinin əksinə dayanıb. Adını meyxanaçı qoymusansa, bir yerdə olmalısan".
 
Daha sonra meyxanaçı sosial şəbəkələrdən söz açıb: 

"Mənə deyirlər ki, görsənmirsən. "Facebook"a çox girmirəm. "İnstagram" və "Facebook"a arada girirəm, kiminsə ad gününə baxıram, digər məlumatlar üçün. Amma orada gündəlik özümü reklam edim, hər addımımı paylaşım, mənlik deyil. Tutaq ki, biri diş həkimidir, yaxşı işlərini qoysa ora o başqa. Amma gedib qəlyanda çəkdirdiyi şəkli kimə maraqlıdır?! Biz sənətçiyik, bizi tanıyırlar. Amma onu ancaq öz ətrafı tanıyır. Sən həkimsən, klinikan var, 100 adam tanıyırsan, səni bundan başqa kim tanıyır axı?". 

Meyxanaçı sonda İncəsənət universitetini oxuyub, niyə ixtisasına davam etməməsinə də aydınlıq gətirib:
 
"Mən, Rafael, Coşqun, Azər Axşam və s. hamımız bir qrupda oxuyurduq. 1994-cü ildə qəzaya düşdüm, üzüm cırıldı. Üzüm əvvəllər çox pis idi. Sonra müalicələrlə düzəldi. O ərəfələrdə efirdən küsdüm. Meyxana belədir ki, toyxanada səliqəsiz, üzütüklü görünmək mane olmurdu. Amma teatrda, tamaşalarda yaxşı deyil. Qəza məni efirlərdən uzaqlaşdırdı". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar