Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“RİA Novosti“ Azərbaycanla bağlı səhvini düzəltdi


Rusiyanın "RİA Novosti"("Rossiya Seqodnya") Beynəlxalq İnformasiya Agentliyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” 23 illiyi barədə dərc etdiyi məqalədə Azərbaycana qarşı yola verdiyi informasiya təxribatını qismən aradan qaldırıb


Agentlik məqalənin sərlövhəsini redaktə edib, Azərbaycanın ərazi bütövlüyü və tarixinin tərif olunduğu abzas isə tamamilə yazıdan çıxarılıb. Lakin məqalədə yaxın onilliklərdə baş vermiş hadisələr və faktların ermənilərin lehinə saxtalaşdırılması ilə bağlı daha bir neçə cümlə saxlanılıb.

Xatırladaq ki, bu gün APA və vesti.az saytı “Ria Novosti” agentliyinin Azərbaycana qarşı informasiya təxribatına yol verməsi barədə xəbər və yazı yayıb. Azərbaycanın digər tanınmış xəbər resursları da bu məlumatı dərc etmişdi. Bundan sonra isə “Ria Novosti” məqaləsinə bəzi dəyişiklər edib.

Qeyd edək ki, təxribat xarakterli belə materiallar indiyə kimi də "RİA Novosti" agentliyində dərc olunub. 2013-cü ilin fevralında agentliyin müəllifi Vadim Dubnov tərəfindən yazılan "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" adlı məqalə dərc olunub. Həmin hadisə rəsmi Bakının Rusiyaya etiraz notası verməsi ilə nəticələnib. Notadan sonra agentlik həmin yazını saytdan çıxarıb.

Hazırda agentliyin baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyandır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar