Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rabitəbank” ASC-nin fəaliyyətindən 23 il ötür


Müstəqil Azərbaycanın ilk banklarından biri kimi 1993-cü ildən etibarən fəaliyyətə başlayan “Rabitəbank” ASC iyunun 30-da fəaliyyətinin 23-cü ilini qeyd edir


Bu illər ərzində bank ölkədəki filial şəbəkəsini genişləndirməklə yanaşı, müştərilərə göstərilən yüksək xidmət keyfiyyətini ildən ilə inkişaf etdirmiş, onların məmnuniyyətini və etibarını qazanmağa nail olmuşdur. Təsadüfi deyil ki, “Rabitəbank” 2010-cu ildə “Standard and Poor`s” şirkəti tərəfindən Azərbaycanın 5 ən şəffaf banklarından biri seçilmişdir və davamlı olaraq ölkədə bu sahədə qabağcıl yer tutur.

Artıq 23 ildir ki, “Rabitəbank” filial şəbəkəsi vasitəsilə əhaliyə çeşidli bank xidmətləri təklif etməkdə davam edir. Biznesin əsas tərəfdaşı kimi öz mövqeyini qoruyub saxlamaqla yanaşı, yerli və beynəlxalq səviyyədə müxtəlif maliyyə qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuş və hal-hazırda bu əlaqələr uğurla davam etdiilrməkdədir. Bu illər ərzində işində yüksək peşəkarlıq, sadiqlik və komanda ruhu nümayiş etdirən yüzlərlə əməkdaşı öz ətrafında birləşdirməyə də müvəffəq olmuşdur.

Hal-hazırda “Rabitəbank” ASC 622 nəfərdən ibarət işçi heyəti ilə Azərbaycanın əksər regionlarını əhatə edən 1 şöbə və 22 filialı ilə maliyyə xidmətləri göstərməkdə davam edir. 25 iyun 2016-cı il tarixə bankın ümumi aktivləri 457 milyon AZN, kapitalı isə 60 milyon AZN təşkil etmişdir.

Bu gün “Rabitəbank”ın peşəkar menecmentinin qarşısında duran əsas vəzifə biznes proseslərini səmərəli idarə etmək, bankın filial şəbəkəsini daha da genişləndirmək, müştərilərə göstərilən xidmətlərin sayını artırmaq və təkmilləşdirmək, beynəlxalq tərəfdaşlarla əlaqələri möhkəmləndirmək və Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməkdən ibarətdir.

“Rabitəbank” ASC-nin Naxçıvan şöbəsinin müdiri Əlidadaş Babayev NAXCİVANXEBERLERİ.COM-a açıqlamasında bildirdi ki, hazırda Naxçıvanda ən sürətli pul köçürmələri məhz “Rabitəbank” ASC-nin Naxçıvan şöbəsi tərəfindən həyata keçirilir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar