Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ramil Şeydayevlə Emin Mahmudova böyük ümidlərimiz var“


PİA.AZ AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"a müsahibəsini təqdim edir


- Azərbaycan millisi sentyabrda yeni seçmə mərhələyə başlayır. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmadan nə gözləyirsiniz?

- Təbii ki, ilk oyundan - San Marino ilə səfər matçından yalnız 3 xal gözləyirik. Ümumilikdə götürdükdə, bu, Robert Prosineçki üçün yeni seçmə mərhələdir. O, işinə əvvəlki seçmə mərhələnin ortalarından başladı. Məncə, millimiz hazırda seçmə mərhələyə tam hazırdır. May - iyunda 3 yoldaşlıq görüşü keçirmişik.

- Yeni futbolçular olan Emin Mahmudov, Ramil Şeydayevin gəlişi yığmamıza marağı daha da artıra bilər. Hər halda, "Trabzonspor" və "Boavişta"nın futbolçularının millidə oynaması fürsəti hər zaman ələ düşmür...

- Təbii ki. Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan millisində, doğma yığmalarında oynamağa razılıq vermələrinə çox sevindik. Bu futbolçulara böyük ümidlərimiz var. Çünki gəncdirlər. Düzdür, Emin daha yaşlıdır. Ancaq daha yaşlıdır deyəndə ki, cəmi 24 yaşı var.

- Mahmudov 1992, Şeydayev isə 1996-cı il təvəllüdlüdür..

- Bəli. Ramil peşəkar karyerasına demək olar ki, yeni başlayıb. Türkiyəyə getməsi də sevindirici haldır. O, "Trabzonspor"un futbolçusudur. Əsas odur ki, start heyətində oynasın.

- Dəniz Yılmaz San Marino ilə rəsmi oyuna çağırılan heyətdə yoxdur. Onun məsələsi nə yerdədir?

- Açığı, Dənizlə bağlı sürpriz xəbəri vermək istəyirdik. Ancaq o, artıq Türkiyə mətbuatına danışıb. Biz onun Azərbaycan yığmasında oynaması ilə bağlı FİFA-ya müraciət etdik. FİFA-nın müvafiq komitəsi qərar qəbul etməlidir. Dənizin yığmamızda oynama variantı indinin məsələsi deyil. Onunla son 2,5 ildə əlaqədə olmuşuq. Bir dəfə Bakıya da gəlmişdi. O zamanlar razılığını bildirdi. Ancaq son aylar millimizdə oynamaqla bağlı daha çox təşəbbüs göstərdi. Biz düşündük ki, niyə də yox? Bura ilə bağlantısı varsa və özü milli komandada oynamaq istəyirsə, ona bu şansı vermək lazımdır. Hazırda FİFA-nın qərarını gözləyirik. Çünki Yılmaz Türkiyənin gənclər yığmasında oynayıb. Dəniz Türkiyənin U-17 yığmasında hətta Avropa çempionatının qalibi olub. Buna görə də FİFA-nın müvafiq qərarı olmalıdır.

- Portuqaliyanın "Tondela" klubundan ayrılan Elnur Cəfərovun məsələsi nə yerdədir?

- Xorvatiyanın yüksək liqasında oynayan 2 klubla danışıqlar gedir. Çox güman ki, tezliklə Elnurun həmin komandanın üzvü olması xəbərini eşidəcəyik. Düzü, 2 klub olduğundan, ad çəkə bilmirəm. Gəlin, bir az gözləyək, çünki məsələ tam həll olunmayıb. Təbii ki. Elnurun çox müsbət keyfiyyəti var. Ancaq bir müsbət cəhətini də deməliyəm ki, xaricdə oynamaq istəyir. Baxmayaraq ki, Portuqaliyada karyerası alınmadı. Qayıdan kimi yenə təşəbbüs göstərdi və arzuladı ki, bir daha xaricdə oynasın. Biz də bunun gerçəkləşməsinə çalışırıq. Milli komandanın futbolçuları nə qədər çox xaricdə yüksək liqada oynasalar, bir o qədər yaxşıdır.

- "Qəbələ", "Neftçi" "Qarabağ"ın Avropa Liqasında qrupa düşməsindən, avrokuboklarda uğurlar qazanmasından sonra bu seçmə mərhələ millimiz üçün adından söz etdirmək üçün bir imkan deyilmi?

- Təbii ki, klublarımızın 2012-ci ildən mütəmadi olaraq, qrupda oynaması çox gözəl haldır. "Neftçi" bu qapını açdı və ayağı yüngül oldu. Bundan sonra "Qarabağ"la "Qəbələ” qrup mərhələsinin iştirakçısı oldu. Ümid edirəm ki, onlar bi il də bizi məyus etməyəcəklər və yenə qrupa düşəcəklər. Klublarımız qrupda oynayanda azərbaycanlıların Avropa Liqasına marağı daha da artır. Minimum dekabrın sonunadək Avroliqanı diqqətlə izləyirik və azarkeşlik edirik. Bu, milli üçün də yaxşıdır. Çünki oradakı futbolçular mütəmadi oynamaqla, beynəlxalq təcrübə qazanırlar. Hərdən deyirlər ki, məsələn, "Qəbələ"də milli komandanın 1-2 futbolçusu oynayır. O da yığmanın minimum 10 faizidir.

- Azərbaycanda 2 dəfə çempion olmuş "Bakı" klubu artıq tarixin yaddaşına köçdü. Eləcə də "Xəzər Lənkəran", "Simurq". Bu haqda nə deyə bilərsiniz?

- Təbii ki, çox təəssüfləndirici haldır. Biz AFFA olaraq, onlara dəstək verməyə çox çalıdşıq. Problem ondadır ki, FİFA-nın sanksiyasına düşən kluba tam dəstək göstərə bilmirik. Yaxud onun borclarını bağlamalıyıq. Təbii ki, bu da AFFA üçün problemdir. "Xəzər Lənkəran" və "Bakı" klublarının çox gözəl bazaları var. Təəssüf ki, indi az istifadə olunur. Ancaq daha çox istifadə oluna bilərdi. Ümid edirəm ki, həmin klublar bərpa olunacaqlar və onları I Divizonda daha aktiv, Premyer Liqada görəcəyik. Hazırda Azərbaycan futbol klubları səviyyəsində minimum həddə gəlib çatıb. Ancaq bundan sonra say artacaq və növbəti mövsüm Premyer Liqada 10-12 komanda iştirak edə biləcək.

- Növbəti seçmə mərhələdə millinin ev oyunlarında stadion rotasiyası gözlənilir? 

- Çox güman ki, rotasiya olacaq. Biz oyunların əksəriyyətini Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırırdıq. Ancaq məsələyə baş məşqçi ilə baxdıq, düşündük. Gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarını da nəzərə almaq lazımdır. Bunların hamısı nəzərə alınaraq, digər stadionlar da istifadə olunacaq. UEFA-nın tövsiyəsi var ki, seçmə mərhələdə bir stadion istifadə olunmalıdır. Biz artıq UEFA-ya məlumat göndərmişik ki, Bakıda 2 stadiondan istifadə hüququmuz olsun. Əsas stadion Bakı Olimpiya Stadionu, ehtiyat variant ya "Bakcell Arena", yaxud Tofiq Bəhramov adına Respublika stadionu olacaq. Oyunlar əyalətdə olmayacaq. Təəssüf ki, bölgədə belə stadionumuz yoxdur. "Əlincə Arena"nın isə tamaşaçı tutumu azdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar