Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rayon qadağası“ problemi həll edəcək, yoxsa...?


Qeyri-Bakı qeydiyyatlı avtomobillərin paytaxta girişinə yalnız gecə saatlarında icazə verilməsi yollarda qəzaların və faciələrin artmasına gətirib çıxaracaq


Bakıda nəqliyyatın hərəkətində sıxlığı aradan qaldırmaq və şəhərin ekoloji vəziyyətini normallaşdırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında müzakirəyə təqdim olunan məsələlərdən biri də Avropa Oyunlarından sonra da Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyətin başqa formada davam etdirilməsi və onların şəhərə qrafiklə, axşam saat 22:00-dan səhər saat 07:00-a qədər buraxılmasıdır.

Mövzu ilə bağlı Trend-ə açıqlama verən yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası icra orqanıdır və Nazirlər Kabinetinin 128 saylı qərarı ilə və ictimai əsaslarla fəaliyyət göstərir: "Yollarda hərəkətin nə vaxt və necə məhdudlaşdırılması isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunun 12-ci maddəsində (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) göstərilir ki, yol hərəkəti yalnız yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə, təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə, yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda, hava-iqlim şəraiti xeyli pisləşdikdə, nəhayət, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər. Yəni məhdudiyyət yalnız bu hallarda və müvəqqəti ola bilər. Qanunda götərilmiş bu əsaslar olmadan nəinki Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası, ümumiyyətlə Azərbaycanda heç bir qurum, heç kəs yol hərəkətini nəqliyyat vasitələrinin qruplarına görə, əhalinin yaşayış yerinə görə, avtomobillərin mənsubluğuna və s. görə məhdudlaşdıra bilməz. Bu, qətiyyən mümkün deyil. Belə vəziyyət ayrı-seçkilik məzmunlu elementlər ortaya çıxarır. Əgər belə bir məhdudiyyət olarsa, bu, Qanunun 12-ci maddəsinin və insan hüquqlarına yanaşma prinsiplərinin pozulması demək olacaq. Ona görə də buna yol vermək olmaz”.

Ə.Hüseynovun fikrincə, qeyri-Bakı qeydiyyatlı avtomobillərin paytaxta girişinə yalnız gecə saatlarında icazə verilməsi yollarda qəzaların və faciələrin artmasına gətirib çıxaracaq: “Bu, insanları ölümə məhkum etmək deməkdir. Gecə yollarda hərəkətin ən təhlükəli vaxtıdır. Nə qədər ki, yay mövsümüdür, hava gec qaralır. Amma 3 aydan sonra hava saat 6-dan etibarən qaralacaq. İnsanlar gecələr qaranlıqda yola çıxmağa niyə məcbur edilməlidir?! Ona görə də belə bir təklifin heç bir məntiqi, hüquqi əsası yoxdur”.

Ekspert qeyd edib ki, əgər Bakıda təxminən 800 min avtomobil varsa, kənardan şəhərə daxil olan qeyri-Bakı qeydiyyatlı avtomobillərin sayı isə gün ərzində cəmi təxminən 20-30 min civarındadır: "Ona görə də əslində Bakıda yaranmış tıxacların və sıxlığın əsl səbəbi qeyri-Bakı qeydiyyatlı avtomobillər deyil. Yalnız Bakı-Sumqayıt yolunda səhər paytaxta doğru, axşam isə Sumqayıta doğru tıxac olur ki, bu halda sıxlığın səbəbi Sumqayıtdan və Xırdalandan gələn nəqliyyat vasitələri ola bilər. Digər hallarda isə əsl səbəblər başqadır və onları aradan qaldırmaq lazımdır. Əvvəla, Bakıda yol çatışmazlığı var. Dünyada Bakı kimi şəhərlərin normativi var. Normativə əsasən, şəhərin ərazisinin 30 faizi yollardan ibarət olmalıdır. Bakıda isə bu heç 10 faiz də deyil. Bunu şəhərsalmada nəzərə almaq lazımdır. Bundan başqa, yollara bitişik qanunsuz tikililərin inşa edilməsi, bəzi yolların özünün bərbad olması və dalana dirənməsi də ciddi problemlər yaradır. Nəhayət, avtomobillərin qanunsuz parklanması və yol polisinin bu məsələdə passivliyi də tıxacların yaranmasına səbəb olur. Ona görə də tıxac problemini aradan qaldırmaq üçün yollar genişləndirilməli, müvəqqəti parklanma yerlərinin sayı artırılmalı, ictimai nəqliyyat sistemi inkişaf etdirilməli və Bakı ətrafındakı yaşayış məntəqələrində infrastruktur yaxşılaşdırılmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar