Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Real” Çempionlar Liqasının qalibi olub

Bu gün Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub


Qitənin ən nüfuzlu klub turnirinin qalibi bəlli olub. Belə ki, həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası - “Real” və “Atletiko” üz-üzə gəlib. 

“San-Siro”da keçirilən Madird derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayıb.İspaniya La Liqasında mövsümü ikinci və üçüncü pillədə başa vuran bu komandaların oyunu maraqla gözlənilir. Sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan “Real” finalda məhz “Atletiko”ya qalib gəlmişdi. Buna görə də Dieqo Simeonenin komandasının həm də revanş oyununa çıxacağını demək olar.

Oyunda hesabı Real Madrid açıb. Serxio Ramos 15-ci dəqiqədə çərçivəni dəqiq nişan alıb.

"Atletiko"nun fransalı hücümçüsu Antonie Qriezmann 47-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. Onun vurduğu top qapı dirəyinə tuş gəlib. Bununla "Atletiko" bərabərlik şansını əldən buraxıb.

Amma "Atletiko" hesabı 79-cu dəqiqədə bərabərləşdirib. "Atletiko"nun oyunçusu Karrasko komandasının bərabərlik qoluna imza atıb.

Uzatma dəqiqələrində də heç bir komanda fərqlənmədiyindən oyunun taleyinə penaltilər seriyasında aydınlıq gətirilib.

Penaltiləri daha dəqiq yerinə yetirən “Real” komandası sonda kuboku başı üzərinə qaldırıb.    

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar