Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reina” terrorçusu danışdı - Şok etiraflar


Yeni il gecəsi İstanbulun məşhur “Reina” gecə klubunda qətlim törədən və 2 gün əvvəl yaxalanan terrorçu Abdulkadir Maşaripovun ilkin ifadəsi yayılıb


Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, “Əl-Qaidə” terror təşkilatının düşərgələrində təlim keçdiyini və Raqqada İŞİD əmirindən təlimat aldığını etiraf edən terrorçu həmin gecə əslində İstanbulun Taksim meydanında qətliam törətməli olduğunu deyib.
  
39 nəfərin öldürüldüyü olaydan 17 gün sonra İstanbulun Esenyurt adlanan hissəsində tutulan Maşaripov Türkiyəyə İran ərazisindən keçdiyini deyib. “Əbu Məhəmməd Xorasani” kod adı altında hərəkət edən terrorçu ailəsi ilə birgə ilk olaraq Konyaya getdiyini deyib: “Orada olduğum müddətdə Raqqa ilə telefon vasitəsi ilə əlaqə saxlayırdım. Mənə Yeni il gecəsi Taksimdə qətliam törətmək təlimatı verildi. Taksimə getdim və ərazini öyrəndim, görüntüləri Suriyaya göndərdim. Təhlükəsizlik tədbirləri güclü olduğundan Raqqadakı İŞİD lideri olan Hoca Aka mənə başqa hədəf tapmağımı tapşırdı. Mən də gecə taksi ilə sahil boyu gəzərkən, saat təxminən 22 radələrində “Reina”ya rast gəldim. Terror üçün uyğun yerə oxşayırdı. Mühafizə demək olar ki, təşkil edilməmişdi. Dərhal telefonla əlaqə saxlayıb, “Reina”nın uyğun yer olduğunu dedim. O da qəbul etdi və evə gedib silahı götürüb qayıtdım”.
 
Bildirilir ki, terrorçunun yaxalanması ilə bağlı polis ümumilikdə 7200 saatlıq kamera görüntüsünü araşdırıb. Konya, Hatay, İzmir və İstanbuldakı əməliyyatlara ümumilikdə 2 min polis cəlb edilib. Onun yaxalanması ilə bağlı 152 ünvana basqın həyata keçirilib, 50 nəfər şübhəli şəxs kimi tutulub, 168 əcnəbi isə terrorçu olmaq şübhəsi ilə araşdırmalara cəlb edilib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar