Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəşad Məmmədovu “qara maskalılar” həbs etməyib“ - Vəkil


Akif Əlizadə: “Sabiq MTN rəhbərliyi bu işdə oyun qurub”


“Rəşad Məmmədovu “qara maskalılar” həbs etməyib. Bu haqda yayılan məlumatlar doğru deyil. Bu gün onun və digər 2 şəxsin həbsdə saxlanılması əhəmiyyətini itirib” – bu sözləri “Yeni Müsavat”a açıqlamasında Dövlət Bayraq Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun vəkili Akif Əlizadə deyib. 

Vəkilin sözlərinə görə R.Məmmədov və maklerlər İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədov Zabil Salmanovdan təzyiq altında alınan ifadə əsasında həbsə alınıblar: “Eldar Mahmudov tutduğu vəzifədən çıxarılandan sonra Zabil Salmanov yazılı şəkildə MTN-in və Baş Prokurorluğun rəhbərliklərinə ərizə ilə müraciət edib. Ərizəsində göstərib ki, onu hər 3 şəxsə qarşı ifadə verməyə məcbur ediblər, özü də zorakılığa məruz qalıb. Zabil Salmanov ondan zorla alınan ifadəsindən imtina edib”. 

Vəkil deyir ki, müvəkkilinin və digər 2 şəxsin həbsdə qalması üçün əsas aradan qalxdığı bir vaxtda həbs müddətinin uzadılması haqda məlumatlar yayılır: “Dekabrın 12-də Rəşad Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitir. Qanunla müddətin sonuna 7-8 gün qalmış müddətin uzadılıb-uzadılmaması məsələsi müzakirə edilir. İstintaq orqanı heç bir əsas olmadan həbs müdətini və müvafiq olaraq istintaq müddətini uzatmaq istəyir. Faktiki isə heç bir qanuni əsas yoxdur. Bizdə şübhə var ki, ittihamın əsaslandığı ifadə aradan qalxdığından yenidən nəsə axtarırlar ki, iş üzrə təqsirləndirilənləri həbsdə saxlasınlar”. 

Vəkil istintaqın tutduğu mövqeyin MTN rəhbərliyində dəyişikliklərdən sonra iş üzrə tutulanlara münasibətdə dəyişəcəyini gözləyirlər: “Zabil Salmanov yazılı şəkildə istintaqa müraciət edir ki, heç bir şikayəti, tələbi yoxdur. Onu çağırıb ifadə almaq əvəzinə istintaqın müddətini uzatmaq haqda məlumat ortaya çıxır. İstintaq müddətini uzatsınlar, həbs müddətini niyə uzadırlar? Məqsədləri nədir? Hamı bilir ki, bu adamların günahı yoxdur. Sadəcə Rəşad Məmmədovu sıradan çıxarmaq üçün ona qarşı qondarma ittiham quraşdırılıb. Sabiq MTN rəhbərliyi bu işdə oyun qurub”.

Vəkil deyib ki, Z.Salmanovun ifadəsi ortadan çıxandan sonra müvəkkilinə və digər 2 şəxsə qarşı ittiham mahiyyətini tamamilə itirib: “Zabil Salmanov bu il mayın 8-də təzyiq altında MTN-ə ərizə verib. 4 gün sonra Rəşad Məmmədov səhər işə gələrkən Respublika Prokurorluğunun yanında onun maşının qarşısını kəsiblər. Onu MTN-ə aparıb Z.Salmanovun ifadəsini ortaya qoyublar. Eldar Mahmudov oktyabrın 17-də tutduğu vəzifədən azad olunandan 3 gün sonra Zabil Salmanov MTN-ə və Baş Prokurorluğa rəsmi ərizə ilə müraciət edib. Ərizəsində ona təzyiq göstərərək Rəşad Məmmədov və digərilərinə qarşı ərizə yazdırıldığını, həmin ərizə əsasında tutulan Rəşad Məmmədov və digərilərindən heç bir şikayətinin olmadığını, günahsız insanların azad edilməsini xahiş edib”.

Vəkil deyib ki, Rəşad Məmmədov özünü ittiham üzrə günahkar saymır: “Zabil Salmanov ərizəsində yazır ki, “ifadəm, ərizəm əsasında günahsız insanların gedib həbsdə yatmalarını istəmirəm. Xahiş edirəm yazdığımı nəzərə alıb hər 3 şəxsi buraxın”. Ərizənin istintaq orqanına təqdim edilməsindən 1 aydan çox vaxt keçib, amma ərizəyə baxan yoxdur. Günahı olmayan adamlar niyə həbsdə saxlanılırlar? Bir daha xatırladım ki, general Sübahir Qurbanova verilən ittihamlar sırasında Zabil Salmanova təzyiq göstərilməsi, ondan zorla ifadə alınması ittihamı da var”. 

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi R.Məmmədov bu ilin may ayının 12-də həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi başlanıb. R.Məmmədov hazırda MTN-in İstintaq Təcridxanasında saxlanılır.

Xatırladaq ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır. Müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar