Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəsmi Moskva başa düşməlidir ki...”



“Rusiya başa düşməlidir ki, artıq o, superdövlət deyil”


Bu barədə Axar.az-a açıqlamasında Rusiyanın İrana qarşı silah qadağasını ləğv etməsinin ardından İsrailin Ukrayna və Gürcüstana silah satmasını şərh edən politoloq Vəfa Quluzadə bildirib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Rusiya artıq təzyiqdən qorxmayan ölkə deyil:
 
Rusiya həqiqətdə indi hər bir təzyiqdən və başqa dövlətlərin mövqelərindən asılı olan ölkədir. Baxın, Qərblə əlaqələr korlandıqdan və sanksiyalar ortalığa çıxdıqdan sonra Rusiyada iqtisadi vəziyyət, inkişaf olduqca pisləşdi. İndi Rusiya zenit-raket komplekslərini İrana satanda anlamalıdır ki, İsrail, ABŞ və onun NATO-dakı bütün müttəfiqləri bundan narahat olacaq. 

Həmin ölkələr bunun əvəzində Rusiyaya müxtəlif cəzalar verə bilər. İsrail Rusiyanın harada zəif nöqtəsi varsa, onu vura bilər, özü də qorxmadan. İsrail ABŞ-ın ən önəmli müttəfiqidir və Rusiyadan heç bir qorxusu yoxdur. Ancaq Rusiyanın ABŞ, Almaniya və başqa dövlətlərdən asılılığı var. Ona görə də bu məsələdə hesab edirəm ki, Kreml vaxtilə ilə doğru addım ataraq özünü Qərbin zərbələrinə məruz qoymadı. 

Baxmayaraq ki, Moskvanın hüquqi baxımdan istər Tehrana, istərsə də husilərə silah satmağa tam haqqı çatırdı. Ancaq bütün bunlara rəğmən, Rusiya indi İrana silah satmağa qərar verib. Ona görə də Moskva gərək bunun nəticələrini və aqibətini öncədən bilsin və hesablasın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar