Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rio-2016-dakı böyük komandalardan biriyik“


Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunları ilə bağlı mətbuat konfransı təşkil olunub


Axar.az xəbər verir ki, mətbuat konfransında çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın Olimpiya yığma komandasının əsas heyətinin avqustun 1-də Braziliyaya yola düşəcəyini deyib. Azərbaycanlı idmansevərlərin qarşılaşmaları İctimai Televiziya vasitəsilə izləyə biləcəklərini diqqətə çatdıran Ç.Hüseynzadə idmançılarımızın nəticələri barədə xəbərlərin operativ qaydada MOK-un internet resurslarında yerləşdiriləcəyini söyləyib.
 
Rio Olimpiadasında yığma komandamızın geniş tərkibli komandalardan olduğunu deyən vitse-prezident idmançılarımızın medalların sayı və keyfiyyəti baxımından London Olimpiadasına nisbətən daha üstün nəticə ilə qayıdacaqlarına vurğulayıb.
 
Olimpiadada velosipedçilərimizdən də uğurlu nəticə gözlədiyini qeyd edən Ç.Hüseynzadə təhlükəsizlik məsələləri ilə bağlı deyib: “Olimpiadada güclü velosipedçilərdən ibarət komandamız da iştirak edəcək. İdmanın bu növü üzrə dörd lisenziya üzrə üç atlet yarışacaq. Velosipedçilərimizdən də yaxşı nəticə gözləyirik. “Zika” virusu ilə bağlı Atletlər Kəndində heç bir problem olmayacaq. Nazirliyin İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutu tərəfindən xüsusi çantalar hazırlanıb ki, orada ağcaqanaddan qorunmaq üçün müəyyən tibbi ləvazimatlar var”.
 
MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, Olimpiya Oyunları zamanı ənənəvi olaraq, “Zəfər günləri” təşkil ediləcək. Uğur qazanan idmançılar, onların ailə üzvləri və yaxınları xüsusi internet resursları və televiziya vasitəsilə efirə çıxacaqlar.
 
Komitənin informasiya və nəşriyyat şöbəsinin müdiri Cəmaləddin Rəhmanov Rio Olimpiadasına Azərbaycandan 10 media nümayəndəsinin yollanacağını bildirib. Bütün internet resurslarımız var gücü ilə çalışacaq. Biz təbliğat və təşviqat prosesini Rio-2016 - birlikdə güclüyük” devizi altında həyata keçiririk. Olimpiada tarixində ilk dəfə “Olimpiya kanalı” istifadəyə verilib. Kanala ancaq Milli Olimpiya komitələrinin çıxışı var. Onun vasitəsilə biz də internetlə canlı yayım həyata keçirəcəyik”.
 
Sonda jurnalistlərin sualları cavablandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar