Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ruhaninin prezident seçilməsi Azərbaycan üçün sərfəlidir”


Xəbər verdiyimiz kimi, Həsən Ruhani İranda keçirilən prezident seçkilərində qalib gəlib


 İkinci dəfə prezident kürsüsünə yiyələnən Ruhani seçicilərin 57 fazinin səsini toplayıb. 

Onun rəqibləri Mustafa Mirsəlim 478 215, Mustafa Haşimitəba isə 215 450 səs yığa bilib.

İranda keçirilən prezident seçkilərini AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, seçkidə hazırki dövlət başçısı Həsən Ruhaninin qələbəsi gözlənilən idi: 

“Doğrudur, son günlər mühafizəkarların əsas namizədi İbrahim Rəisiyə dəstək verənlərin sayı artmışdı. Hətta namizədlərdən biri - Tehranın meri Məhəmməd Qalibafın Rəisinin xeyrinə namizədliyini geri götürməsi Rəisin potensial seçicilərinin sayını artırdı. Buna baxmayaraq, İran əhalisinin əksər hissəsi Həsən Ruhaniyə səs verdi. Bunun bir neçə səbəbi var. 

Birincisi, İranda İslam İnqilabından bu yana prezidentlər ikinci müddətə də dövlət başçısı seçiliblər, istisna yoxdur. 

İkincisi, İranın ali dini lideri Seyid Əli Xameneyinin Həsən Ruhani ilə münaqişəsi yoxdur, bu isə prezident seçilmək üçün başlıca amildir, digər tərəfdən mühafizəkar dairələr liberal sayılan hazırki dövlət başçısının Qərblə yaxınlaşma və beləcə sanksiyalardan qurtulma siyasətinə gizli dəstək verirlər. 

Üçüncüsü, İranda iqtisadiyyat və sosial durum ağır vəziyyətdə olsa da, işsizlərin sayı artsa da, İran gəncliyi dünyaya açılmaq istəyir. İranda isə əhalinin üçdəbir hissəsi gənclərdir və onların əksəriyyəti indiki siyasətin davam etdirilməsini istəyirlər”.

Ruhaninin ikinci dönəm prezidentliyindən gözləntilərə gəlincə, politoloq bildirib:

“Əgər Həsən Ruhani ikinci prezidentlik müddətində iqtisadiyyatda və sosial həyatda dəyişikliklər etməyə resursları çatmasa, Qərbin investisiyalarını ölkəyə cəlb edə bilməsə, sonrakı mərhələdə mühafizəkarlar yenə də hakimiyyətə gələcək, bu isə yenidən Qərblə qarşıdurmaya gətirib çıxaracaq. Onsuz da indinin özündə ABŞ prezidenti Donald Tramp İranı təcrid etmək yolları haqqında düşünür, onun Səudiyyə Ərəbistanına başlayan səfərində də əsas müzakirə predmetləridən biri İranın təcrid edilməsi olacaq. Ağ Evin sanksiya qorxusundan Amerikanın və Avropanın iri şirkətləri İrana investisiya yatırmır. Qərbin investisiyalarını və yeni texnologiyalarını əldə etmədən isə Ruhani iqtisadiyyatda dönüş yarada bilməyəcək”.

E.Şahinoğlu hesab edir ki, Azərbaycan üçün də Ruhaninin prezident seçilməsi sərfəlidir: “Məhz Ruhaninin dövründə iki ölkə arasında iqtisadi münasibətlər yüksək səviyyəyə qalxdı, ortaq layihələr reallaşır. İranın Azərbaycanda müəyyən layihələri var və ölkəmizdə ən azı iki zavod tikmək istəyirlər. Bundan başqa Azərbaycan İran ərazisində dəmiryolu xəttinin inşasına 500 milyon dollar kredit ayırıb. Bu, böyük məbləğdir. İranAzərbaycan arasında iqtisadi münasibətlərdə irəliləmə olsa da, cənub qonşumuzun ölkəmizə siyasi mənada baxışı dəyişməyib”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar