Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya-Türkiyə gərginliyindən ermənilər yararlanacaq”


Son günlər Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı məlumatlar yayılırdı


Bildirilirdi ki, Rusiya Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələsini gündəmə gətirib və çox güman ki, tez bir zamanda bu plan həyata keçiriləcək.

Lakin Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra görünür, bəzi planlar dəyişilib. Belə ki, Rusiya tərəfi Türkiyə siyasətçilərini Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviqdə günahlandırırlar. Buna görə də, Rəsmi Moskva bildirir ki, Azərbaycan Dağlıq Qarabağa hücum edəcəyi təqdirdə Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov AzNews.az-a açıqlamasında bildirib ki, Ermənistan yaranmış gərginlikdən faydalanmağa çalışır: “Azərbaycan Ermənistan Dağlıq Qarabağ münasibətlərinin tənzimlənməsi ilə bağlı 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib. Ermənistan hər zaman təxribatlara əl atıb. Nəticədə də heç bir razılaşma əldə olunmayıb. Bu dəfə də erməni tərəfi ciddi cəhdlə çalışır ki, Ankara-Moskva arasında yaranmış gərginlikdən maksimum faydalansın. Qondarma erməni soyqırımını tanımamağa görə, hətta Rusiya parlamentində müəyyən layihə ilə çıxış edilməsi məsələsi gündəmə gəlir. 

Bununla bağlı xeyli söhbətlər dolaşmaqdadır. Rəsmi İrəvan çalışır ki, gərginlik yaransın. Onlar münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atılmasını istəmir. Türkiyə-Rusiya arasındakı gərginlikdən erməni tərəfi maksimum faydalanmağa çalışır ki, yenidən danışıqlar prosesində yaranmış kövrək addımlar dalana dirənsin”. 

Politoloq Rusiyanın Ermənistanın yanında olma ehtimalının mövcud olduğunu bildirib: “Təsadüfi deyil ki, dekabrın 1-nə hər iki ölkə prezidentlərinin Parisdə görüşü haqda söhbətlər olsa da, həmin tarixdə bu görüşün reallaşması mümkün olmayıb. Belə olan vəziyyətdə münaqişə müharibəyə çevrilsə, Rusiya Ermənistanın yanında yer alacaq. Çünki hər iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu baxımdan Rusiyanın öhdəlikləri var. Belə olan halda Ermənistanın hərbi üstünlüyü təmin olunacaq. Bu kimi yanaşmalar erməni mətbuatında da geniş yayılıb. Amma əslində, bir şeyi bilmək lazımdır ki, Azərbaycan tərəfi münaqişənin məhz dinc yolla həll olunmasına üstünlük verir. İndiyə qədər də müharibəyə başlamaması yalnız bu amillə bağlıdır. Amma istənilən halda Azərbaycan danışıqlar nəticə verməcəyi təqdirdə BMT nizamnaməsinin 51-ci maddəsini əsas götürəcək. Həmin maddəyə görə, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Həmçinin BMT-nin 25-ci maddəsində yazılıb ki, BMT təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi məcburidir. Belə bir qətnamə qəbul olunub, amma yerinə yetirilmir. Bu da Azərbaycana münaqişəni həll etmək hüququ verir”. 

Elman Nəsirov qeyd edib ki, Azərbaycan Ermənistanda deyil, işğal olunmuş öz torpaqlarında müharibə edə bilər: “Azərbaycan Ermənistanla müharibəyə başlamır. Azərbaycan onlara dəxili olmayan işğal altındakı Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun azad olunması ilə bağlı müharibəyə başlaya bilər. Bu, onun hüququdur. Azərbaycan əgər müharibəyə başlasa onda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məlum bəndi işə düşə bilər. Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejiminin əsarətindən torpaqlarımızın azad olunması ilə bağlı öz ərazisində müharibəyə başlaya bilər. Bu halda qondarma rejimi Rusiya tanıyır və ona yardım göstərir. Amma belə bir hüquqa malik deyil. Çünki beynəlxalq hüquq bu imkanı vermir. Müharibə öz torpaqlarımız uğrunda olacaq. Kiminsə ölkəsinə hücumdan söhbət gedə bilməz. Belə olan halda məlum bənd işlək vəziyyətə düşə bilməz. Beynəlxalq hüquq bunu qadağan edir”. 

Deputat onu da əlavə edib ki, hazırda müharibə mövzusu gündəmdə deyil: “Dövlətimiz hesab edir ki, vəziyyəti sülh yolu ilə həll etmək lazımdır. Hələ danışıqlara ümidlər var. Ümidlər tam qırılmayıb. Ölkəmiz ciddi cəhdlə çalışır ki, münaqişə dinc yolla həll olunsun. Belə də Azərbaycan Ermənistana hücum etməyəcək ki, Rusiya onun arxasında dayansın. O zaman da Türkiyə bizim arxamızda duracaq. Amma bizim Rusiya ilə də sıx dostluq əlaqələrimiz var. Türkiyə isə bizim qardaş dövlətimizdir. Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan hər iki ölkə arasındakı gərginliyi aradan qaldırmaq üçün vasitəçilik edib köməklik göstərə bilər. Azərbaycan istəyir ki, hər iki tərəfin ona etimadı və sıx münasibətləri olsun. Biz gərginliyin sülh yolla həll olunmasını istəyirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar