Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya-Türkiyə yaxınlaşması qlobal səviyyədə müsbət hadisədir”


İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsindən sonra Ankara-Moskva münasibətləri daha da inkişaf edir


 Sentyabrın 4-5-də Çinin Xançjou şəhərində keçirilən “G-20” ölkələrinin sammiti zamanı Türkiyə və Rusiya prezidentlərinin görüşməsi münasibətlərin inkişafına daha da təkan verib. 

Məhz bu görüşdən sonra Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov Ankaraya səfər edib və türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

Bu arada Almaniya, daha sonra Böyük Britaniya Türkiyədəki səfirliyinin bağlanmasına dair qərar qəbul edib. Hiss olunur ki, burda da məqsəd Türkiyəni qeyri-sabit ölkə kimi təqdim etmək, onun nüfuzunu aşağı salmaqdır. Sanki Qərbdə hansısa dairələr Türkiyəni Rusiyaya tərəf itələyirlər.

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Teleqraf.com-a bildirib ki, Avropa Birliyinin aparıcı ölkələrinin, eyni zamanda ABŞ-ın son illərdə yürütdüyü yanlış siyasət nəticəsində Türkiyə Qərbin iştirakı ilə həyata keçirilən proseslərdən bir növ kənarda saxlanılıb. Onun sözlərinə görə, eyni zamanda Qərb çox yanlış bir siyasi xətt seçərək Türkiyə daxilindəki müəyyən qrupları dəstəkləyib: 
 
“Qərb bununla Türkiyəni bir növ sözəbaxan ölkə statusuna qaytarmağa çalışıb. Bu da Türkiyədə tərs təpki və əks mənfi əlaqə ilə Qərbin özünə qayıtdı. Bunun kulminasiya nöqtəsi təbii ki, Türkiyədə hərbi çevrilişə cəhd hadisəsi oldu. Bu hadisələrdən, xüsusilə uğursuzluqdan sonra təbii ki, Türkiyə proseslərdən güclənərək çıxdı. Yəni, həm milli birlik nöqteyi-nəzərindən gücləndi, həm də hüquq-mühafizə və təhlükəsizlik orqanları xarici kəşfiyyat orqanları ünsürlərindən təmizləndi. Bu həm də Türkiyə hakimiyyətini düşündürməyə başladı ki, indiyədək strateji müttəfiq adıyla təqdim olunan qüvvələr əslində Türkiyənin əleyhinə işləyirmiş. Çünki bu hərbi çevriliş təkcə Türkiyədə mövcud olan AKP hakimiyyətinə qarşı edilən çevriliş deyildi. Bu, bütövlükdə Türkiyəyə qarşı, bəlkə də sonradan inkişaf edərək bütövlükdə türk dünyasına qarşı olan bir proses idi. Düşünürəm ki, bundan sonra Türkiyə xarici siyasətdə, eyni zamanda öz müttəfiqlərini müəyyənləşdirməkdə müəyyən korrektələrə getməli oldu. Bu gün baş verən prosesləri təxminən bu kontekstdə dəyərləndirmək lazımdır. Əgər bu gün həm xaricdə, həm də daxildə sənə qarşı düşmənçilik siyasəti aparan “müttəfiqlər” mövcuddursa, demək sən də əlaqələrini başqa dünya gücləri ilə qurmaq məcburiyyətindəsən. Türkiyənin Rusiya və İsraillə əlaqələri müsbət yönə yönəltməsinə dair verdiyi qərarlar təxminən bu yöndədir. 

Fikir verirsinizsə, artıq Qərb dünyasının özündə Türkiyəyə qarşı olan münasibətin kökündən yanlış olduğuna dair çox ciddi fikirlər səslənməkdədir. Artıq Qərbdə anlamağa başlayıblar ki, bu prosesdən itirən tərəf Türkiyədən daha çox, Qərbin özüdür. Çünki Türkiyə bütövlükdə Qərb dünyasının həm Yaxın Şərqdə, həm də digər dünya güclərinə qarşı ən böyük, ən güclü bufer zonasıdır”.

Bəs, Türkiyə-Rusiya münasibətlərində tərəflərin qarşılıqlı maraqları nədən ibarətdir? Bu istiqamətdə sualımızı cavablandıran N.Miri qeyd edib ki, Rusiya dünyanın çox güclü dövlətlərindən biridir, nüvə ölkəsidir: “Ayrıca çox böyük enerji potensialı olan bir ölkədir. Bundan başqa Yaxın Şərqdə Suriyaya hərbi müdaxilədən sonra Rusiyanın bütövlükdə bu münaqişənin həllinə təsir imkanları böyükdür. Rusiya olmadan bu gün Suriya böhranını çözmək mümkün deyil. Bu gerçəyi Türkiyə də anladı. Fikir verirsinizsə, məhz Türkiyə-Rusiya münasibətləri yaxınlaşmağa başlayandan sonra Türkiyənin Suriyaya hərbi müdaxiləsi mümkün oldu. Bu, müəyyən qədər Rusiya-Türkiyə anlaşması çərçivəsində baş tutdu. Yəni, bu gerçəkləri anlamaq lazımdır. Ayrıca olaraq Türkiyənin Qafqazda maraqları var. Qafqaz dünənədək Rusiyanın əhatə dairəsində olan siyasi-iqtisadi məkan olub. Ona görə də Rusiya ilə anlaşmadan bu gün Qafqazda ciddi geosiyasət yürütmək çox çətin məsələdir”.

Politoloq qeyd edib ki, digər tərəfdən, Türkiyə enerjidaşıyıcılarının öz üzərindən Qərbə daşınmasında maraqlıdır: “Əgər bu proses, yəni “Türk axını” layihəsi baş tutarsa, Türkiyə artıq bir enerji mərkəzinə çevriləcək və bu proseslərə nəzarət edə biləcək bir ölkə halına gələcək. Bu da Avrasiya məkanında Türkiyənin geosiyasi mövqelərini gücləndirəcək. Bu, Türkiyə üçün çox vacib bir siyasi amildir. Ona görə də bu gün Rusiyasız heç bir proses mümkün deyil. Ayrıca onu da nəzərə almaq lazımdır ki, Rusiya həm də Türkiyəyə Azərbaycanla münasibətlər kontekstində də çox vacib bir ölkədir. Azərbaycanın Qarabağ kimi bir yarası var və bu yaranın sağalması üçün mütləq mənada Rusiya ilə münasibətlər müsbət məcrada inkişaf etməlidir. Ona görə də mən düşünürəm ki, həm Qara dəniz, həm Aralıq dənizi, həm də Qafqaz regionunda Rusiya-Türkiyə münasibətlərinin müsbət məcrada olması Türkiyə üçün vacibdir”.

N.Miri bildirib ki, bir geosiyasi faktı da diqqətdən kənarda saxlamaq olmaz: “Rusiya bu gün Türkiyə üçün bir növ balanslaşdırıcı gücdür. Çünki Qərb Rusiyanın alternativ güc olduğunu hiss etməyənədək daim Türkiyəni küncə sıxışdırmış durumda idi. Bu gün Türkiyə-Rusiya yaxınlaşması kontekstində artıq Qərb anlamağa başlayıb ki, Türkiyəni itirərsə, çox böyük itkilər olacaq. Xüsusilə də geosiyasi, hərbi itkilər baş verəcək. Ona görə də mən düşünürəm ki, Rusiya-Türkiyə yaxınlaşması nəniki Avrasiya məkanı üçün, bütövlükdə qlobal səviyyədə müsbət hadisədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar