Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya-Türkiyə “iqtisadi müharibə“si başlayır“


"Yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə və tez çıxmaq potensialı Rusiyadan yüksəkdir"


Bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Rusiya-Türkiyə gərginliyinə münasibətində qeyd edib.

"Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb. Bu fərmanın icrası iki ölkə arasında enerjiden turizmə, ticarətdən inşaat qədər bütün layihələrə mənfi təsir göstərəcək. 
Bu gün Rusiya Federasiyasının Nazirlər Kabineti Rusiya bazarlarına Türkiyədən gətirilən və girişi qadağan olunan məhsulların siyahısını təsdiq edəcək. Gözlənilir ki, bazara girişinə baryer yaradılacaq malların siyahısında tesktil məllumatları və meyvə-tərəvəzə geniş yer ayrılsın. 

Bundan əlavə Rusiya birtərəfli qaydada türk vətəndaşları üçün vizasız rejimi də ləğv edib. Yeni qaydalara görə türk vətəndaşları hətta viza alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcək. Bu isə xüsusi ilə Rusiyanın inşaaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək. Rəsmi məlumatlara görə, 2015-ci ildə 67 min türk vətəndaşı Rusiyada işləmək üçün çalışma vizası alıb. Qeyri-rəsmi məlumatlara görə isə, Rusiyada əsasən də də inşaat bölməsində 90 min türk vətəndaşı işləyir. Ümumiyyətlə, Rusiya türk vətəndaşlarının xaricdə iş alıdığı ikinci ölkədir. Bu siyahıya Türkmənistan liderlik edir, Azərbaycan isə ilk beşliyi tamamlayır. 

Digər qadağa rusiyalı turistlərinin Türkiyənin istirahət zonalarına gedişinin məhdudlaşdırılmasına yönəlib. Belə ki, rus turizm agentlərləri Türkiyyə turların satışını, eyni zamanda çarter avia-reyslərini də dayandırıb. Türkiye İstatistik Kurumunun (TÜİK) açıqlamalarına görə, ötən il bu ökənin turizmdən gəlirləri 34,3 milyard dollar olub ki, toplam gəlirlərin 3 milyard dollar və ya 8,75 faizə qədəri rus turistlərin sayəsində formalaşıb. 

Hazırda Misir və Türkiyəyə səyahət qadağası qoyan Rusiya bununla daxili turizm bölməsini inkişaf etdirəcəyini hədəfləyir. Fikrimizcə, Rusiyada həm yay iqlim və həm də infrastuktur problemlərinə malik olan daxili turizm obyektlərinin imkanlı ruslar üçün heç cəlbedici olacağı inandırıcı görsənmir. 

Rusiyanın Türkiyə ilə münasibətlərdə ziyan vurmaq istədiyi digər sahə enerji əməkdaşlığıdır.Ötən il Rusiya Türkiyənin təbii qaza olan tələbatının 54,7 faizini, İran 18,1 faizini, Azərbaycan isə 12,4 faizini təmin edib. 2014-cü ildə Türkiyə Rusiyaya təbii qaz satışına 16,5 milyard dollarlıq faktura ödəyib. 

Göründüyü kimi, Rusiya və Türkiyə iqtisadi münasibətlərində başlıca önəm kəsb edən ticari əlaqələr, enerji və inşaat bölməsidir. Hesab edirəm ki, Rusiyanın iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qaydada qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir. Həm Rusiya və həm də Türkiyə Dünya Ticarət Təşkilatının, eləcə də BMT-nin bir sıra institutlarının (UNCTAD, UNİDO, FAO və s.) üzvüdürlər. Onlar bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticari əlaqələrdə qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyalara yol verməməklə bağlı öhdəliklərə malikdirlər. 

Odur ki, Türkiyənin ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qaydada qəbul etdiyi ticarətdə və investisiyada diskrimasiyaya gətirib çıxaran qərarlarına qarşı dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdr. Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UN¬CIT¬RAL) və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına şikayət etməli, iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında hüquqi araşdırmaya başlamalıdırlar. 

Yekun olaraq onu da bildirmək istərdim ki, iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyən, büdcəsində ÜDM-in 2,8 faizi qədər kəsir yaranan və Qərbin sanksiyalarından, eləcə də enerji resurslarının qiymətlərinin ucuzlaşmasında əziyyət çəkən Rusiyanın eyni dövrdə 2,9 faiz iqtisadi, 8,4 faiz sənaye artımına malik olan və Qərbin dəstəyini qazanan Türkiyəyə qarşı aparacağı iqtisadi müharibə həmçinin Rusiyada mövcud iqtisadi və sosial böhranı dərinləşdirəcək, istehlak və əmlak qiymətlərini bahalaşadıracaq. Bütün bunlar isə hər iki ölkənin qitisadiyyatı üçün yaxşı perspektivlər vəd etmir, lakin qiymətləndirmələr göstərir ki, hazırkı vəziyyətdə və mövcud şərtlər daxilində yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə çıxmaq potensialı Rusiyadan yüksəkdir. Çünki, Türkiyənın açıq ticarət və liberal investisiya siyasəti bu itkiləri daha tez kompensasiya edə biləcək".

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar