Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Azərbaycana təzyiq etməyə çalışır”


Arzu Nağıyev: “Hər dəfə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar müsbət məcraya yönələndə qarışıqlıq, ermənilərin təxribatı başlayır”


Azərbaycan-Ermənistan cəbhəsində gərginliyin yenidən artması Rusiyanın bölgə ilə bağlı yeni işğal planlarının gündəmə gəlməsi ilə eyni vaxta təsadüf etdi. 

Xatırladaq ki, bir qədər əvvəl Qərb mediasında Rusiyanın postsovet məkanında işğal siyasətini davam etdirməsi, Ukraynadan sonra Gürcüstan və Azərbaycan da daxil olmaqla, bəzi ölkələrə hərbi müdaxilə həyata keçirməsi haqda məlumatlar yer alıb.

Bu barədə rusiyalı milyarder Xodorkovski və Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin də açıqlamaları oldu. Rusiyanın postsovet coğrafiyasında işğal siyasətini davam etdirməsi mövzusu Ukrayna böhranı ilə yenidən gündəmə gəlsə də, bu iddialar birmənalı qarşılanmır. Ancaq Moskvanın bu xəbərlərin fonunda Ermənistana dəstək tipli addımları şübhələri daha da artırır. 

Yeri gəlmişkən, bugünlərdə cəbhədə döyüşlərin baş verdiyi bir vaxtda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi, general-polkovnik İqor Serqun nümayəndə heyəti ilə birgə İrəvana səfərə gəlib. Məlum olub ki, QRU rəhbəri Ermənistan rəhbərliyi və müdafiə naziri ilə görüşüb. Rəsmi bilgilərə görə, tərəflər regional və beynəlxalq əhəmiyyətli bir sıra mövzuları, həmçinin, yaranmış vəziyyətdə iki ölkə arasında təhlükəsizliyin təmin edilməsi çərçivəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. 

Xatırladaq ki. SSRİ-nin dağılması ilə uzun müddət “kölgədə qalan” QRU son illərdə yenidən bir nüfuzlu kəşfiyyat qurumu olaraq fəallaşıb. Xüsusən də Ukrayna böhranı zamanı QRU agentləri proseslərin əsas aparıcı qüvvəsi kimi çıxış etdi. Bu məxfi kəşfiyyat idarəsinin xüsusi təyinatlı diversiya bölmələri Krımı ildırım sürəti ilə zəbt edib, daha sonra Ukraynanın Şərqində diversiya əməliyyatları həyata keçirərək yerli separatçı dəstələrə Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ almağa yardımçı olub. QRU-nun rəhbərinin cəbhədə gərginliyin baş verdiyi dönəmdə Ermənistana gəlməsi Azərbaycanı narahat etməyə bilməz. 

Politoloq, "Trend" agentliyinin direktor müavini Arzu Nağıyev deyir ki, münaqişənin həlli ilə bağlı diplomatik cəhdlərin artdığı bir zamanda cəbhədə təxribatların artması ənənəvi Moskva siyasətinin əlamətidir: “Rusiyanın bu dəsti-xətti artıq dəfələrlə özünü büruzə verib. Hər dəfə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar müsbət məcraya yönələndə qarışıqlıq, ermənilərin təxribatı başlayır. Bir sözlə, kimin kim tərəfindən idarə edilməsi məsələsi aydın görünür. Rusiya açıq şəkildə Ermənistanı dəstəklədiyini göstərir. Baxmayaraq ki, Rusiya ATƏT-in Minsk Qrupunda təmsil edilir, həmsədrlərdən biri rusiyalıdır, ümumi prinsiplərdə bunu büruzə vermir. ATƏT tərəfindən də dəstəklənən Madrid prinsiplərinin əsas müddəası ərazi bütövlüyü ilə bağlıdır. İlk öncə bu məsələ çözülməlidir. Lakin ermənilər öz havadarlarının dəstəyi ilə buna hər cürə mane olurlar”.

QRU rəhbərinin İrəvanda görünməsinə gəlincə, A.Nağıyev deyir ki, əsas məqsəd Azərbaycan üzərində təsir yaratmaq cəhdidir: “Xəbərdarlıqlara gələndə, məlumdur ki, ABŞ münaqişənin  həllində təşəbbüsü ələ almağa çalışır, əlbəttə, onun da öz özəl maraqları var, bu isə Rusiyanı qıcıqlandırır. Rusiya Baş Kəşfiyyat İdarəsi rəhbərinin Ermənistana səfərinin də bu qədər qabardılması bir qorxu hissinin aşılamasından başqa bir iş deyil. Gah Ukraynanı misal gətirirlər, gah Krımdan danışırlar. Belə vəzifə sahibi əsasən məxfi görüşür və görüşləri az işıqlandırılır, hətta ən çətin missiyanı belə həyata keçirirsə də. Ermənilər isə bunu qəsdən belə böyüdürlər ki, bir qorxu yaratsınlar.

Gədəbəy ərazisindəki son təxribatlar da bununla bağlı idi. Yəni bir zamanlar həddən artıq məxfi surətdə həyata keçirilən proseslər artıq açıq müstəvidə görünməyə başlayıb. Buna görə də heç bir şayiələrə uymadan Azərbaycan tərəfi qəsbkarı susdurmaq üçün öz hazırlıqlarını davam etdirməli və qələbə əzmini dəyişməməlidir". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar