Əli Məmmədov: “Borçalıların müstəqillik istəməsi yalan informasiyadır”
Bunu Moderator.az-a eksklüziv açıqlamasında Gürcüstan parlamentinin deputatı Əli Məmmədov Rusiyanın dəstəyi ilə Borçalının da müstəqil elan ediləcəyi ilə bağlı yayılan informasiyaya münasibət bildirib. Onun sözlərinə görə, Borçalı Gürcüstanın ərazisidir:
“Borçalı ətrafında yaranan bu cür informasiyalar boş söhbətlərdir. Hesab edirəm ki, bu Rusiyanın növbəti təxribatıdır və bu cür provokasion informasiyaların yayılmasında yalnız Rusiya maraqlıdır”.