Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Ermənistan üçün təhlükədir”


David Şahnazaryan: “Moskva münaqişədən yararlanaraq Azərbaycana təzyiq və Bakını özünün imperiya layihələrinə cəlb etmək istəyir...”


Ermənistan üçün nə iqtisadi, nə siyasi, nə də hərbi anlamda Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulmaqda heç bir məntiq yoxdur”. musavat.com-un məlumatına görə, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, 1992-94-cü illərdə prezidentin xüsusi nümayəndəsi olmuş politoloq David Şahnazaryan Ukraynanın “Zerkalo nedelyi” nəşrinə açıqlamasında deyib. 

Onun fikrincə, bu mövqeyi qeyri-rəsmi olaraq Serj Sərkisyan komandasının bir çox üzvləri də bölüşür: “Lakin Azərbaycanla kövrək barışıq vəziyyətində olan Ermənistanda Rusiya təhlükəsizliyin qarantı kimi qəbul edildiyindən, Sərkisyanın qərarları kütləvi etirazlar doğurmadı. Əvəzində isə İrəvan ”Yol xəritəsi" üzərində işləri davam etdirdi və apreldə yekunlaşdırdı".

Şahnazaryana görə, Dağlıq Qarabağ konflikti zonasının hərbiləşdirilməsini sülhməramlılıqla “zənginləşdirməklə” Moskva özünün təkbaşına vasitəçiliyi hesabına Minsk Qrupunun funksiyasını mənimsəməyə çalışır. “Məqsəd münaqişədən yararlanaraq Azərbaycana təzyiq etmək və Bakını özünün imperiya layihələrinə cəlb etməkdir. Ona görə də heç təsadüfi deyil ki, erməni cəmiyyətində ovqat dəyişməyə başlayıb. İndi belə bir dərk üstünlük təşkil etməkdədir ki, Rusiya Ermənistan üçün heç də təhlükəsizlik qarantı deyil, əksinə - təhlükədir”, - deyə politoloq vurğulayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar