Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Ermənistan vasitəsilə Qərbin nəbzini yoxlayır”


Rusiyanın Ermənistana “İsgəndər” raketlərini satması yaxın gələcəkdə reallaşa bilər


Bu barədə Axar.az-a ekspert Natiq Cəfərli açıqlama verib. O, sözügedən məsələnin gündəmə gəlməsinin təsadüf olmadığını bildirib:
 
Rusiya Ermənistandakı hərbi bazasına çox ciddi önəm verir. Ermənistana pulsuz silahların verilməsinə dair faktlar var. SSRİ-nin dağılmasından bu günə qədər təqribən 1 milyard dollara yaxın pulsuz silahın verilməsinə dair sənədlər üzə çıxıb. Rusiya Ermənistanı nəinki ciddi strateji nöqtə, hətta öz parçası kimi görür. Türkiyədə yerləşən hərbi bazalara isə çox ciddi yanaşır. Məhz buna görə də Ermənistanın güclənməsində maraqlıdır. Son günlər Ermənistana “İsgəndər” raketlərinin satılması məsələsinin gündəmə gəlməsi təsadüfi deyil. Bir müddət öncə NATO Türkiyənin İncirlik hərbi hava bazasında İraqdan gələn təhlükələrə qarşı yeni növ patriot raketlərini yerləşdirməyə qərar verdi. Bir sözlə, Moskva İrəvan vasitəsilə Qərbin nəbzini yoxlayır və indidən ola biləcək reaksiyalara uyğun addımlar atmağı planlaşdırır. Yaxın gələcəkdə Ermənistan ordusunda olmasa da, Rusiyanın burdakı qoşunlarında sözügedən raketlər yerləşdirilə bilər”.
 
N.Cəfərli qarşıda Ermənistanı maraqlı proseslərin gözlədiyini bildirib:
 
Rusiya yanlıları ilə Avropa meyillilər arasında ciddi mübarizə gedir. Hələlik Rusiyanın hərbi, strateji, iqtisadi dəstəyi ilə hakimiyyəti qoruyan Sərkisyan rejimi daha ciddi iqtisadi problemlərlə qarşılaşacaq və qarşıdurma güclənəcək. Yaxınlarda Ermənistanda siyasi stabilliyin pozulmasının və siyasi güclərin açıq mübarizəsinin şahidi olacağıq. Növbəti seçkilərə qədər hakimiyyət dəyişməsə belə, Sərkisyanın aqibəti çox ağır olacaq. Obrazlı desək, qərbyönlü qüvvələrin qalib gəlmə şansı artacaq. Bir sözlə, qarşıda Ermənistanı maraqlı siyasi proseslər gözləyir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar