Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Qarabağ kartından təzyiq kimi istifadə edir“



Qabil Hüseynli: “Bakı yalnız bir halda yeni strateji seçim edə bilər...”


Ukrayna olayları və Rusiya-Qərb qarşıdurması Putinin Avrasiya layihəsini müəyyən mənada arxa plana keçirsə də, Rusiya hakimiyyəti bu istiqamətdə fəaliyyətini davam etdirir. Son olaraq yanvarın 2-də Ermənistan rəsmən Avrasiya Birliyinə üzv oldu. Bu ilin mayında isə Qırğızıstanın Avrasiya Birliyinə rəsmi üzv olması planlaşdırılır. 

Putinin Avrasiya Birliyində görmək istədiyi ölkələrdən biri də, şübhəsiz ki, Azərbaycandır. Hətta bir sıra ekspertlərə görə, Moskva ötən müddətdə Bakıya birliyə üzv olması üçün açıq və ya gizli təzyiqlər də edib. Bəs hazırda durum necədir, bu təzyiqlərin səngidiyini söyləmək olarmı?

Politoloq Qabil Hüseynli deyir ki, açıq şəkildə büruzə verilməsə də, Moskva Azərbaycanın Avrasiya Birliyinə cəlb edilməsi yönündə təzyiqlərini davam etdirir: “Zənnimcə, bu proses davam edir. Yəni Rusiyanın vəziyyəti ağırlaşdıqca Avrasiya Birliyini möhkəmləndirməyə çalışır. Bu birliyi də sözsüz ki, güclü və dünyada populyar olan dövlətlərlə gücləndirməyə çalışır. Məsələn, Qazaxıstan Avrasiya Birliyinə sanballı töhfə verə bilər. Eyni tövfəni Azərbaycan da verə biləcək qüdrətdədir. Rusiya yaxşı bilir ki, Ermənistan və Qırğızıstanla Avrasiya Birliyini reytinqli bir təşkilata çevirə bilməyəcək. Ukraynadan sonra yaranmış boşluğu isə yalnız Azərbaycan doldura bilər. Ona görə də Azərbaycana təlqinlər də, təkliflər də, hətta təzyiqlər də var”.

Azərbaycanın soyuqqanlı siyasət apardığını qeyd edən ekspertin fikrincə, rəsmi Bakı Avrasiya Birliyinə yalnız Qarabağ münaqişəsinin həlli qarşılığında qatıla bilər: “Əvvələ, rəsmi Bakı bütün bloklarla bərabər məsafə saxlamağın tərəfdarı kimi çıxış edir. Bunu tarazlaşdırılmış siyasət kimi də yozmaq olar. Çünki ”Qoşulmayanlar" Hərəkatının üzvüdür və onun prinsiplərinə də sadiq qalır. Azərbaycan yalnız bir halda yeni strateji seçim edə bilər: öz ərazi bütövlüyünün tanınmasından və qondarma “DQR”in vertikal olaraq Azərbaycana tabe etdirilməsindən sonra bu şərtlər daxilində Avrasiya Birliyinə daxil olub-olmamaq  barədə fikirləşə bilər. Ancaq hələlik Rusiyadan bu jesti görmürük, Moskva hələ də özünü təkəbbürlü aparır və Ermənistanla bağlı siyasətində də dəyişiklik etmək niyyətində olmadığını nümayiş etdirir. Azərbaycan dözümlü xarici siyasət yürüdür, Rusiya ilə münasibətləri bütün sahələrdə yaxşılaşdırmağa çalışır, amma bunun cavabını da istəyir".

O ki qaldı Kremlin Bakıya təzyiqlərinə, Qabil Hüseynliyə görə, Rusiya bir çox hallarda açıq şəkildə Bakıya təzyiq göstərir: “Ən güclü təzyiq isə təbii ki, Qarabağ münaqişəsi üzərindən edilir. Merkel bu yaxınlarda söylədi ki, atəşkəs rejiminin pozulmasında Rusiya fəal şəkildə iştirak edir. Bu, onu göstərir ki, bütün dünya da şahiddir ki, Rusiya hələ də Qarabağ kartından təzyiq kimi istifadə edir. Rusiya Azərbaycanın bir sıra enerji layihələrinin uğurla həyata keçməsinə mane olmağa çalışır. TANAP layihəsinə alternativ olaraq ”Cənub axını" layihəsindən imtina edərək “Türkiyə axını” layihəsini ortaya atıb. Bakı-Supsa kəmərinin işləməsinə əngəllər yaradılır. Gürcüstandakı indiki rejimin Rusiya meyilli olmasından istifadə edərək Batumidəki bir sıra neft terminallarını satın alıb və yaxud ortaq olaraq Dağıstandan Batumiyə şose yolu layihəsini ortaya atıb. Üstəlik Abxaziyadan keçən dəmir yolunu işə salıb Ermənistan dəmir yoluna birləşdirməklə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə də müəyyən əngəllər yaratmaq istəyir. Kremlin indiyə qədər Türkmən qazının Xəzərin dibindən keçməklə “Şahdəniz” layihəsinə qoşulmasına imkan verməməsi də bu təzyiqlərin içərisində ən çox diqqət çəkənidir. Bir sözlə, Azərbaycan Rusiya ilə münasibətlərinin səmimi olmasını istəsə də, qarşılıqlı səmimiyyəti axıra qədər Moskvadan görə bilmir". (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar