Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Tartusdakı hərbi bazasında möhkəmlənəcək“


"ABŞ-ın Suriya ilə bağlı apardığı strategiya indiyə kimi heç bir əsaslı nəticə verməyib"


Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun bildirdiyinə görə, ABŞ Suriya ilə bağlı yeni planlar hazırlamaqdadır:
 
ABŞ artıq təlim-tədris və hərbi təchizat strategiyasını dəyişmək üzrədir. Suriya ilə bağlı apardığı siyasət indiyə kimi heç bir əsaslı nəticə verməyib. Bu illər ərzində Azad Suriya Ordusu uzunmüddətli nailiyyət əldə etməyib. Hətta hadisələr göstərir ki, Bəşər Əsəd ordusu xarici müdaxiləni əsas tutaraq mövqe üstünlüyü əldə etməyi bacarıb. Ona görə də, ABŞ bunu anlayaraq siyasəti dəyişmək qərarını verib. 

Qeyd etmək lazımdır ki, Obamanı həm respublikaçılar, həm də demokratlar Suriya məsələsi ilə bağlı ciddi tənqid edirlər. Çox güman ki, başqa planlar üzərində iş gedir. Ola bilsin ki, ABŞ Azad Suriya Ordusundan tamamilə əl çəksin. Yaxud digər planlar müzakirə oluna bilər. Düşünürəm ki, burada Türkiyənin rolu müəyyən dərəcədə artacaq”. 
 
Analitik qeyd edir ki, Rusiya ABŞ-ın bu addımından sonra Suriyada daha da möhkəmlənəcək.
 
“Bu fonda Rusiya Əsəd və müttəfiqləri vasitəsilə öz dayaqlarını möhkəmləndirir və bu işləri koordinasiya edir. Qeyd etmək lazımdır ki, bu koordinasiya da öz nəticəsini verir. Rusiyanı bu əməliyyatlarda dəstəkləyən İran və Əsəd rejimi, o cümlədən İraqın şiə hökuməti müəyyən üstünlük əldə ediblər. Rusiya bundan sonra Tartusdakı hərbi bazasında möhkəmlənəcək. Bununla da Yaxın Şərqdəki üstünlüyünü təsdiq edəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar