Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya ilə Azərbaycan arasındakı bütün problemlər həll olunandır“


"Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasını yüksək qiymətləndirirəm"


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. 
 
Səfir bildirib ki, Dmitri Roqozinin komissiyanın həmsədri vəzifəsinə gətirilməsi ilə hökumətlərarası komissiya daha aktiv fəaliyyət göstərməyə başlayıb: "Bu gün demək olar ki, yubiley iclas baş tutdu. İclasda bir çox problemlər həll edildi".

RusiyaAzərbaycan dost ölkələrdir. Ona görə də iki ölkə arasında olan bütün problemlər həll olunandır. Lakin yaranan məsələlərin həlli üçün müəyyən mexanizmlər olmalıdır, çünki həyat sürətlə irəliləyir və qarşımıza yeni tapşırıqlar qoyur. Bu üzdən də hökumətlərarası komissiya kimi mexanizmlər ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində çox faydalıdır. Bu gün keçirilən iclasda İş Şurasının yaradılması təklif olunub. Bu şura Azərbaycan-Rusiya dostluğuna öz töhfəsini verəcək. Biz gələcəyə nikbin baxırıq", - deyə səfir qeyd edib.
 
Regional əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən P. Bülbüloğlu bir müddət öncə Dağıstanda olduğunu və Dərbəndin 2000 illik yubileyi ilə əlaqədar keçirilən  tədbirlərdə iştirak etdiyini bildirib: "Dağıstan qardaş regiondur. Orada çoxlu sayda azərbaycanlı yaşayır. Bir neçə gün öncə Heydər Əliyev Fondunun yardımı ilə Dərbənddə yeni məktəb istifadəyə verildi. Qonşularımızla münasibətlərimizin yaxşı olması əsasdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar