Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya rublu üçün çətin günlər başlayır“


"Report"un ABŞ-ın "JPMorgan Chase & Co." bankının valyuta üzrə məşhur strategiya mütəxəssisi Nadya Kozakovaya istinadən verdiyi xəbərə görə, ilk baxışda rubl ilin əvvəlindən 20% möhkəmlənərək xoş təəssürat yaradır


 Digər ölkələrin təqdim etdiyi faizlərlə müqayisədə Rusiya bazarı investor və spekulyantlar üçün cəlbedici olmağa davam edir. Oktyabrın 18-nə olan məlumata əsasən, ABŞ-da spekulyativ investorlar rublun zəifləməsinə qoyulan kontraktları 33 mlrd. rubl (524 mln. dollar) azaldıblar. Hazırda rublda xalis uzun mövqelər 31 900 kontrakt təşkil edir. Keçən həftə bu göstərici 17 700 olub.

Analitiklər rublda uzun mövqelərin bazar şəraitinin pisləşməsi halında rubl üçün çox kəskin dəyişəcəyini proqnozlaşdırırlar. Neft qiymətlərinin düşməsi və geosiyasi vəziyyətin pisləşməsi rublda uzun mövqelərin qısa müddətdə bağlanmasına və nəticədə, rublun devalvasiyasına gətirib çıxara bilər.

N.Kozakovanın sözlərinə görə, ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri rublun kəskin zəifləməsinə təkan verə bilər. Seçkilərdə Hillari Klinton prezident seçilərsə, ABŞ-ın Rusiya ilə münasibətlərinin daha da pisləşməsi gözlənilir. Bundan başqa, Rusiyanın şirkət və banklarının dekabrda 17 mlrd. dollar borc və faiz ödəməsi planlaşdırılır ki, bu da rublun məzənnəsinə mənfi təsir göstərəcək.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-dakı prezident seçkilərində Donald Trampın seçiləcəyi təqdirdə ilkin olaraq rubl güclənməyə başlasa da, daha sonra sürətlə ucuzlaşacaq. Dolların Rusiyada məzənnəsi isə ilin sonuna 70,0 RUB/USD, 2017-ci ildə 100,0 RUB/USD səviyyəsinə çatacağı istisna edilmir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar