Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanı qaz da xilas etməyəcək”


“Rusiyanın iqtisadi müstəvidə heç bir sərt addım atmaq imkanı yoxdur“


PİA.AZ- bildirir ki, bunu axar.az-a açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Rusiyanın Baş naziri Dmitri Medvedyevin “Rusiya SWIFT sistemindən çıxarıldığı halda cavabımız çox ağır olacaq” sözünə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, artıq Rusiya iqtisadiyyatı ona tətbiq olunan sanksiyalardan sonra yetərincə zəifləyib:
 
“Müxtəlif sektorlar üzrə sanksiyalardan sonra beynəlxalq ödəmə sistemindən çıxarılması Rusiyanın ümumiyyətlə dünya iqtisadiyyatından təcrid olunması deməkdir. Bu, Rusiya şirkətlərinin səhmlərinə, ölkənin maliyyə bazarlarına çox ciddi zərbə olar. Rusiyanın isə buna cavab verməsi iqtisadi cəhətdən mümkün deyil. Cavab vasitəsi kimi Rusiyanın əlində bircə Avropa ölkələrinin əksəriyyətini təmin etdiyi qaz var. Amma qaz da elə bir məhsuldur ki, onu yığıb saxlamaq mümkün deyil və Rusiya onu satmaq məcburiyyətindədir”.
 
Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə Rusiyanın SWIFT beynəlxalq ödəmə sistemindən çıxarılması məsələsini müzakirə edəcək. Buna münasibət bildirən Baş nazir Dmitri Medvedyev isə ölkəsinin verəcəyi cavabın çox sərt olacağını bildirib.
 
Xatırladaq ki, SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar