Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdır”


"Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksi satması region üçün böyük təhlükədir. Bu silah kompleksi Ermənistan ordusunun imkanlarını genişləndirə bilər"


Bu sözləri açıqlamasında Rusiyanın tanınmış hərbi eksperti və jurnalisti, "Novaya qazeta"nın şərhçisi Pavel Felgenhauer deyib.

O bildirib ki, Ermənistan ordusunda bu vaxta qədər R-17 raket kompleksi olub: "Lakin həmin raket kompleksinin hədəfi vurmaq dəqiqliyi və məsafəsi "İsgəndər"dən azdır. "İsgəndər" isə hədəfi dəqiq vurur. Ermənistana verilən çox güman ki, "İsgəndər E" raket kompleksidir. Bu kompleks "İsgəndər M"dən çox fərqlənir. "İsgəndər E" ixrac edilən modifikasiyadır. Onun hədəfi vurmaq uzaqlığı "İsgəndər M"dən 200 km azdır. "İsgəndər M" 500 km-dən çox məsafədəki hədəfi vurur. Rusiya "İsgəndər M"i Ermənistana sata və ya verə bilməz. Çünki bu, Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması anlamına gələr. 300 km-dən artıq vuruş məsafəsi olan raket kompleksinin münaqişə iştirakçısı olan dövlətlərə satılması beynəlxalq öhdəliklərin pozulması deməkdir. Əgər Rusiya Ermənistana "İsgəndər M" raket kompleksi veribsə, o zaman beynəlxalq öhdəliyi pozub".
 
Hərbi ekspert Rusiya Müdafiə Nazirliyinin Ermənistana "İsgəndər" raket kompleksinin satılmasını nə təkzib, nə də təsdiq etməməsi məsələsini də şərh edib: "Moskva tərəfindən təsdiqin səslənməməsi erməniləri əslində pis vəziyyətdə qoyur. Bu, hərbi paradda nümayiş olunan "İsgəndər"in Rusiya hərbi bazasına məxsus olduğu şübhələrini artırır. Amma Rusiyanın "İsgəndər"i Ermənistana satma ehtimalı var. Ola bilsin ki, Azərbaycana da həmin raket kompleksindən almaq təklif olunacaq. Bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan Belarus ordusunda da "İsgəndər" raket kompleksi var. Belarus Rusiyanın rəsmi icazəsi olmadan bu kompleksdən istifadə edə bilmir. Ermənistana da münasibətdə bu şərtin irəli sürülməsi mümkündür. Çox güman ki, Ermənistan müharibəyə başlayacağı təqdirdə, "İsgəndər"dən istifadə üçün Rusiyadan icazə almalı olacaq. Fikrimcə, Ermənistan Qarabağda baş verən qısamüddətli atışmalar zamanı bu silahdan istifadə edə bilməz. Ancaq Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə olacağı təqdirdə, "İsgəndər"dən istifadə mümkündür. Əslində Ermənistan paradda bu raket kompleksini nümayiş etdirməklə, Azərbaycanı qorxutmağa çalışıb".
 
P. Felgenhauerin fikrincə, Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdan ibarətdir: "Azərbaycan tərəfi etiraz etsə, ona da bu raket kompleksindən almaq təklif olunacaq. O ki qaldı Azərbaycanın hərbi gücünə, bu barədə son vaxtlar çox qeyd olunur. Xüsusilə də aprel hadisələrində Dağlıq Qarabağda baş verən qısamüddətli müharibə Azərbaycan ordusunun gücünü göstərdi. Məlum oldu ki, Azərbaycan ordusu müasir silahlarla təchiz olunub, yüksək döyüş ruhuna malikdir. Ermənistan isə indi aprel müharibəsində Azərbaycanla arasında müşahidə olunan boşluğu aradan qaldırmağa cəhd edir". (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar