Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın parçalanması Şimali Qafqazdan başlayacaq“



“Qərbin budəfəki məqsədi Rusiyanı tam parçalamaqdır”


Bu sözləri Axar.az–a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin yenicə qəbul etdiyi 758 saylı qətnamə sadəcə olaraq yeni Rusiya-ABŞ eskalasiyası deyil:

“Bu, eynisi ilə SSRİ-nin çoküşünə səbəb olan “soyuq müharibə”nin təkrarıdır. Putin yeni çıxışında bu cür təzyiqlərin Rusiyanı zəiflədə, sındıra bilməyəcəyini bəyan edib. SSRİNATO arasındakı “soyuq müharibə” ilə situasiya bənzərdir, lakin fərqli bir məqam var. Belə ki, Rusiya SSRİ zamanlarına görə daha zəif, partnyorlarının çoxu Qərbin təsiri altındadır, Qərb dünyası isə daha çox inteqrasiya olunub, texnoloji və iqtisadi olaraq daha da inkişaf edib. Habelə Çin də xeyli irəliləyib, lakin Çinin yüksəlişi Rusiyaya ciddi bir dəstək olmayacaq. Rusiya xammal dövləti olaraq qalmaqda davam edir, onun əsas gücü olan neft və qazın iqtisadi dəyəri azalır. 

Qərbin uzun müddətli məqsədi bu səfər Rusiyanı parçalamaqdan ibarət olacaq. Rusiya həqiqətən də nəhəng və gec tərpənən, müasir çağırışlara cavab verə bilməyən bir dövlətdir. Onun 3, ya da 4 yerə parçalanması isə əsas karbo-daşıyıcıların Rusiyanın Avropa hissəsinin xaricində yerləşməsi üzündən yeni yaranan siyasi vahidlərin daha da zəifləməsinə və regional gücünün itirilməsinə gətirib çıxaracaq. Burada Qərbin güdəcəyi məqsəd, Çinin bu parçalanmadan qüvvətlənməməsi, Yaponiyanın isə bundan bəhrələnməsi olacaq”.

F.Mehdiyev Qərbin sadəcə Putini dəyişmək deyil, Rusiyanı daha xırda hissələrə parçalamaq olduğunu bildirib:

Rusiyanın parçalanması Şimali Qafqazdan başlayacaq. İqtisadi cəhətdən zəifləyən Rusiya hal-hazırda güclü dotasiyalar ilə özünə itaət etdirdiyi Şimali Qafqazda nəzarəti itirəcək. Şimali Qafqazda müharibənin alovlanacağı günə Azərbaycan da hazır olmalı və itirilmiş torpaqlarını geri almalıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar