Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın problemləri getdikcə dərinləşir“


"Rusiyada əhalinin kortəbii çıxışları, hakimiyyətin yuxarı elitası arasında qarşıdurma və narazılıq fonunda ölkədə siyasi hakimiyyət böhranı qaçılmaz ola bilər"


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Qərb Rusiyaya qarşı yeni sanksiyalardan əl çəkən deyil:   

Rusiya iqtisadiyyatı misli görünməmiş inflyasiya dövrünü yaşayır. Rus neftindən imtina və ölkənin beynəlxalq bank sistemindən uzaqlaşdırılması qaçılmaz ola bilər. Bu reallıq özünü doğruldarsa, rus iqtisadiyyatı iflas edəcək. Hazırda Moskvanın Pekinlə əlaqələrində müəyyən gərginlik yaranıb. Çünki Çinin vəziyyəti də pisləşməkdədir. Üstəlik, Pekin Moskvanı özünə etibarlı tərəfdaş hesab etmir. Bu səbəbdən də 400 milyard dollarlıq qaz layihəsi şübhə altındadır. 

Qərbdən ciddi təzyiqə məruz qaldığı bir şəraitdə üzünü Çinə çevirən Moskvanın Pekindən ümidini üzdüyü hiss olunur. Çırpınan Rusiyanın Oxot dənizində neft yataqlarının axtarışı ilə bağlı yeni layihəsi qeyri-real görünür. Çünki layihəyə ilk növbədə Çin və Cənubi Koreya razılıq verməlidir. İkincisi isə, layihə üçün lazımı vəsait Rusiyada yoxdur”.   

Politoloq Rusiyada artan hakimiyyətdaxili çəkişmələr fonunda siyasi böhranın qaçılmaz ola biləcəyini istisna etməyib:   

“Belə layihələr hər zaman Putin tərəfindən irəli sürülürdü. Ancaq indi baş nazirin dilə gətirməsi hakimiyyətin qanadları arasında müəyyən parçalanmanın olmasından xəbər verir. Ölkə oliqarxlarının Putinin yeritdiyi siyasətə qarşı narazılığı durmadan artır. Rusiyanın problemləri getdikcə dərinləşir və bu, müxtəlif formalarda təzahür edə bilər. Əhalinin kortəbii çıxışları, hakimiyyətin yuxarı elitası arasında qarşıdurma və narazılıq fonunda siyasi hakimiyyət böhranı qaçılmaz ola bilər”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar