Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“SOCAR Polymer“ layihəsi Azərbaycana 11 mlrd. dollar qazandıracaq

"SOCAR Polymer" şirkətinin polipropilen və polietilen zavodları fəaliyyətləri dövründə 10-11 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək


"Report" xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən video-çarxda qeyd olunub.

Məlumata görə, bu məbləğin 30%-ni şirkətin xalis mənfəəti təşkil edəcək.

Tikinti müddətində 1 200, zavodlar fəaliyyətə başlayandan sonra isə 300 nəfər işlə təmin oluncaq. "SOCAR Polymer" layihəsinin ümumi investisiya dəyəri 750 mln. dollar təşkil edir.
"SOCAR Polymer" şirkəti SOCAR ilə "Pasha Holding", "Azersun Holding" və "Gilan Holding" tərəfindən birgə yaradılmış müəssisədir. Şirkət Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyulunda yaradılıb. "SOCAR Polymer" layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk analoji layihədir. 

Şirkətin polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (HDPE) qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilir. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək:

Hazırda Azərbaycan aşağı sıxlıqlı polietilen ixrac edir, eyni zamanda yüksək sıxlıqlı polietilen idxal edir. Bu layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30%-i yerli bazara, 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar