Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sabunçu Robinzonu”nun arzusu reallaşdı


Bakıda tikilməkdə olan Milli Olimpiya Stadionunun yaxınlığındakı məşhur “ada-ev”in sakinləri nəhayət ki, arzularına çatıblar


Onlar yaşadıqları  evlərindən Sabunçu Rayon İcra Hakimiyyəti ilə əldə edilən qarşılıqlı razılaşma əsasında köçürülüblər.

Bu məlumatı virtualaz.org saytına evin sahibi Ələkbər Hüseynov verib.

O, bildirdi ki, evləri avqustun 16-da sökülüb. Onları isə müvəqqəti olaraq Bakıxanov qəsəbəsində 4 otaqlı evə köçürüblər: “Avqustun 15-də icra hakimiyyətindən gələrək evdən razılıq əsasında köçürüləcəyimizi dedilər. Ertəsi gün Sabunçu rayon icra başçısı Adil Vəliyev və xeyli sayda polis əməkdaşı evimizə gəlib. Mən evdə yox idim. Yoldaşım zəng vurandan sonra evə gəldim. Məni və qardaşımı evə buraxmadılar. Evimizdə olan bəzi əşyaları çıxardılar. Qalanlarını isə evlə birlikdə uçurdular. Qardaşımı və məni polis bölməsinə apardılar. Qardaşıma 5 sutka həbs verildi. Məni isə axşama qədər polis bölməsində saxladılar”.

Ə.Hüseynovun sözlərinə görə, evlərini sökərkən onlara mənzillə təmin olunacaqlarını deyiblər.

Ailə Bakıxanovdakı evə köçürüldükdən sonra icra başçısı Adil Vəliyevlə görüşüb: “İcra başçısından Qara Qarayev metrosu yaxınlığında  ev istədiyimizi dedik. Həmin ərazinin Sabunçu rayonuna düşmədiyi üçün heç nə edə bilməyəcəklərini söylədi. İcra başçısı Bakıxanov qəsəbəsində, Sülh küçəsində (köhnə Axundov 17) mənim üçün 3, qardaşım üçün isə 1 otaqlı həyət evinin tikiləcəyini bildirdi. İndi yaşadığımız evin kirayəsi isə icra hakimiyyəti tərəfindən ödəniləcək”.

Hüseynovlar ailəsi hazırda Sabunçu rayon İcra hkaimiyyətinin yaxınlığında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayırlar. Həmin mənzil icra hakimiyyətinin balansındadır.

Ə.Hüseynovun sözlərinə görə onlarla hələki müqavilə imzalanmayıb: “Həftənin 5-ci günü icra hakimiyyətinə qəbulda olacağıq. Evlə təmin olunmağımız haqda müqavilə imzalayacağıq”.

Xatırladaq ki, “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektindəki 12 saylı evdə (rəsmi ünvanları isə belədir: Böyükşor qəsəbəsi, 12) yaşayan Hüseynovlar ailəsi Bakı Olimpiya Stadionun tikintisi ilə bağlı başlanan söküntü işlərindən sonra evlərinə verilən kompensasiya ilə razılaşmayaraq 43 ildir yaşadıqları mənzildən çıxmırdılar. Bütün qonşular razılaşsa da onlar evlərini tərk etmirdilər. Prezident İlham Əliyev stadionunda aparılan tikinti işləri ilə tanış olmaq üçün stadiona gəldikdə ailə müxtəlif yollarla ölkə başçısından gizlədilirdi.


Sonuncu dəfə iyulun 24-də İlham Əliyev stadiona baxışa gələrkən ailə zorla polis bölməsinə aparılmışdı. Ailənin problemi və tələbləri haqda saytımızda bir neçə dəfə məlumatlar dərc edilib.

14 aydan çox “ada-ev”də qazsız, susuz, işıqsız xanımı və iki azyaşlı uşağı ilə yaşayan Ələkbər Hüseynov “Sabunçu Robinzonu” kimi də məşhurlaşdı.

Onun dediyinə görə, problemin nəhayət həllini tapması prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra mümkün olub. “Stadionda çalışan işçilər mənə danışdılar ki, prezident vertolyotla stadionun tikintisini və “Duzlu göl”un qurudulması layihəsində işlərin gedişini müşahidə edərkən tikinti zonasında hələ də yaşayış olan evi görüb. Deyilənə görə prezident bu məsələ ilə maraqlanıb və dərhal problemin həll edilməsinə dair tapşırıq verib. Elə həmin günün axşamı icra hakimiyyətindən bizim evimizə gəlmişdilər, dedilər ki, eviniz sabah söküləcək və əvəzində evlə təmin ediləcəksiniz”  deyə keçmiş “Robinzon” bildirir.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar