Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sahib”ini tapmış Mingəçevir təhsili...


Təhsil Nazirliyi Mingəçevir təhsilini ağlar günə qoyanların kimliyini bilmək istəyirmi?


PİA.AZ xəbər verir ki, Moderator.az-ın elektron poçtuna Mingəçevir təhsilində baş verənlərlə bağlı maraqlı yazı göndərilib. 

İki gün öncə prezident İlham Əliyevin rayon təhsil şöbələrini cəmiyyətin çoxdan gözlədiyi sərəncamıyla ləğv etməsi səbəbiylə səsləşən həmkarımızın göndərdiyi bu yazını oxuculara təqdim edirik:

Son illərdə Respublikamızda Prezident İlham Əliyevin təhsilə qayğı və diqqəti, bu sahədə aparılan məqsədyğnlü islahatlar gələcəyimiz olan uşaqlar üçün geniş imkanlar açır.Bunun nəticəsdir ki, hazırda hər bir orta təhsil məktəbi müasir təlim texnoloqiyalarandan bacarıqla istifadə edən və müasir təlim metodlarını mükəmməl bilən kadrlar axtarışındadır. Bu baxımdan Mingəçevir təhsilinində kifayət qədər potensial imkanlar və pedaqoji kadr ehtiyatı vardır.Son 7-8 ildə Mingəçevirdə ixtisaslı kadrların seçilib yerləşdirilməsi qarşıda duran vəzifələrdən biri kimi ön plana çıxmaqdadır.Məlumat üçün bildirək ki, ziyalı şəhəri sayılan Mingəçevirdə 12 534 yaxın şagirdi və 1 690 artıq pedaqoji işcini özündə birləşdirən 19 tam orta məktəb, iki Lisey və bir tam orta internat məktəb fəaliyyət göstərir.Ancaq iki ilə yaxın bir müddətdə Mingəçevir təhsilində çox biabırçı bir tendensiya höküm sürməkdədir.Söhbət uzun illər pedaqoji kollektivlərə rəhbərlik edən, şagirdlərin təlim-tərbiyəsi uğurunda silinməz izlər qoyan, ömürlərinin böyük bir hissəsini fədəkarcasına pedoqoji fəaliyyətə həsr edən direktorları çox hörmətsiz şəkildə işdən uzaqlaşdırılmasından gedir.( 1,3,6 saylı tam orta məktəblərin direktorları və Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyinin direktoru F.e.n.dosent Mail İsmayılov ) Hətta şəhərin ən nüfuzlu təhsil ocaqlarından sayılan 3 saylı tam orta məktəbin direktoru Tamara Barataşvilini prezident seçkiləri günü otağndan çıxararaq yerinə yeni direktorun təyin olunduğunu bildiriblər. Bu cür “müasir və sivil” kadr təyinatı metodunun müəllifini isə Mingəçevirdə tanımayan yoxdu. Ən dəhşətlisi isə budur ki, pedaqoji işçilərin işə qəbulu qaydalarına və bununla bağlı mövcud olan qanunverici aktlara və hüquq normalarına məhəl qoyulmur. Konkret desək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimat və göstərişinə zidd olaraq vakant yerlər hərraca çıxarılır. ( bizi məlumatlandıran mənbənin dediyinə görə “hərracı qazanmış” iki yeni direktorun verdikləri məbləği dostları ilə danışan zaman səsləri lentə alınıb) Aparılan yarıtmaz kadr siyasəti sözün əsl mənasında geniş ziyalı potensialına malik olan Mingəçevirdə ciddi narazılıqla qarşılanır.Təlim-tərbiyə, etika, estetika, psixologiya və pedaqoji ustalıqdan xəbəri olamayn şəxslərin irəli çəkilməsi gələcəkdə yaşanacaq ciddi təhlükədən xəbər verir. Bu azmış kimi həm məktəbəqədər tərbiyə müəssislərində,həm də ümumtəhsil məktəblərində varislik prinsipi tətbiq olunmağa başlayıb. Bir şəhərdə həm ana,həm də qızı bağça müdirəsi işləyir. Digər bir uşaq bağçasında isə ana təqaüdə çıxır və qızı ilə əvəzlənir.Təhsil şöbəsinin özündə ana gedir,əvəzində oğlu onun yerinə təyinat alır.Yəqin ki,bütün mingəçevirlilərin və mətbuatı yaxından izləyən şəxslərinin yadındadı, təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyə təyin edilən direktoru şagirdlər qəbul etmirdi və hətta etiraz səslərini ucaltdılar. Baxmayaq ki,pedaqoji kollektivin içərsində də xeyli narazılar vardı. Ancaq onları müxtəlif üsullarla zərərsizləşdirdilər. Bu zaman suallar yaranır. Görəsən gənc və yetənəkli təhsil nazirimiz cənab Mikayıl Cabbarovu yerlərdəki bu aidiyyatı rəhbərlər niyə aldadır? Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov və onun “ağır çəkili” himayəçisi yalanın ömrünün “40 gün” olmasını bu günə kimi anlamayıblar? Yoxsa onlar məktəb direktorlarının keyfiyyətli iş əmsalını repititorların hesabına ali məktəblərə qəbulun sayı ilə ölçürlər? Görəsən,təhsilə rəhbərlik və cavabdehlik edən və gələcəyimizi düşünməyən bu şəxslər nə vaxta kimi kağız üzərindəki boğazdanyuxarı statistik rəqəmləri icra başçısına və şəhər əhalisinə sırıyacaqlar? Başqa faktlara diqqət yetirək:Təhsil Nazirliyinin rəsmi qadağasına baxmayaq hələ də bütün məktəblərdən 1-2 manat məbləğində “fond pulu” yığılır. Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə isə bu ilin aprel-may aylarında hər uşaqdan 5 manat məbləğində “təmir pulu” yığılıb.Çox hörmətli aidiyyatı nazirliklər, sizcə bu, dövlətimizin təhsilin inkişafına ayırdığı vəsaitləri sual altına almaq və mənimsəməyə yol açmaq deyilmi? Adının çəkilməsini istəməyən iki nəfər valideyinin bizə verdiyi məlumata görə, təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə 1-ci sinfə qəbul zamanı hər uşağın valideyinindən 400 manat pul alınıb.Qəbul edilən uşaqların sayı isə 40 nəfərdən artıqdır.Proses isə davam edir.Ancaq Mingəçevir təhslindəki qanunsuzlqular bununla bitmir.Hər kəsə gün kimi aydındır ki,artıq əksər məktəblərdə 8-9-cu siniflərdən başlayaraq hazırlıq arxasınca qaçan şagirdlər direktorlarla anlaşaraq müəyyən məbləğin qarşılığında “qiyabi”çiyə çevirilirlər. Məlumat verən şəxsin bildirdiyinə görə,guya bu işdən xəbərsiz olan Təhsil şöbəsinin rəhbərliyi məktəb direktorlarının zibillərini ört-basdır etmək üçün qeyri-qanuni olaraq polisə müraciət edərək hazıqlıq keçən müəllimlər yaşayan binanın qarşısında reyd keçiriblər.( bu ölkəmizdə analoqu olmayan addımdı) Nəticədə “iş başında” yaxalanan müəllimləri polis şöbəsinə dəvət edərək,onlara bir daha bu işlə məşğul olmamları barədə xəbədarlıq ediblər.Yəqin ki,bu zaman ortaya çıxacaq sualları bilməkdən ötrü elə də savadlı olmaq gərək deyil. Gələk fəxri adlara təqdim olunan pedaqoqların siyahısına...İclaslarda iştirak edən şəxslər də təsdiqləyə bilər ki,burda əsas diplom və “Fəxri ad” alanlar elə direktorların özüdü. Haqqı olan xeyli sayda müəllim isə kənarda qalıb. Acı reallıq isə ondan ibarətdir ki,işləyən və yeni təyinat alan direktorların əksəriyyəti müəllimlərə gəlir mənbəyi kimi baxır.Necə deyərlər, dərs bölgüsü zamanı şıdırğı alver gedir. Direktoru “görən” müəllimlərin dərs yükü ilə bağlı heç bir problemi olmur.Vay o günə ki,bunu etməyəsən. Bax onda dərs tapılmır və bu zaman Təhsil şöbəsinə müraciət edib,”sinif almaq” lazım gəlir.İmkansız müəllimlər isə bir az danışdıqdan sonra “aza qane olmaq prinsipi”ni üstün tutmaqdan başqa ayrı çarə tapmır. 6 saylı tam orta məktəbdə isə bu dərs davası şagirdlərin gözləri qarşısında əlbəyaxa vuruşmaya çevirilir. Bu fakt onu göstərir ki,təyin edilən bir çox direktorlar adi etik normaları bilmir,idarəetmədən xəbərsizdirlər,pedaqoji ustalıqları yoxdur və kollektivlə işləmək bacarıqlarına malik deyillər.Onların keçmişində isə nümunəvi iş təcrübəsindən danışmağa dəyməz.Bəla burasındadır ki,yeni təyinatlıların bir neçəsi adi kargüzarlıq işlərindən belə xəbərsizdir.Yerlibazlığın ən pik həddə çatdığını isə deməyə ehtiyac yoxdu.Bütün bunların fonunda sadalaya bilmədiyimiz yüzlərlə fakta qarşı Mingəçevirdə aidiyyatı şəxslərin biganəliyi ziyalı şəhərinin təhsillə bağlı gələcək ümidlərini elə yerindəcə boğur.Bir çox müəllimlər arasında “ad günü və bayram xəstəliyi”nin hökm sürdüyü və bazar “qanunları”ilə idarə olunan Mingəçevir təhsili özünün ən çətin günlərini yaşayır.Unutmaq lazım deyil ki,ali və orta ixtisas məktəblərinə qəbul olan abituriyentlərin bu insanların fəaliyyətinə birmənalı şəkildə heç bir aidiyyatı yoxdur.Necə deyərlər,bu aksiomadır.Marqlıdır,görəsən Mingəçevir təhsilinə rəhbərlik edən şəxslər şagird orusu qarşısında danışarkən pul aldığı uşaqlardan hansı üzlə obyektivlik,düzlük,vicdan,xalqına və dövlətinə sədaqət tələb edə bilər? Bax bu sualın içərisində böyük bir faciə dayanır əziz həmvətənlər! Ədalət naminə deməliyik ki,dövlətimiz təhslinin bütün parametrlər üzrə inkişafı naminə kifayət qədər maliyyə vəsaiti ayırır və bu sahəni diqqət mərkəzində saxlayır.Amma yerlərdəki məmurların özbaşınalığı və hüquqpozmaları nəticəsində orta təhsilimiz uçuruma doğru gedir.Məncə, hər bir rayon və şəhərdə təhsil sahəsini “kurasiya”edən şəxsin kimliyi və personası çox önəmli amillərdən biridir. Sonda bir məqamı xüsusi vurğulamalıyam: “Ey Mingəçevir təhslini ağlar günə qoymaqda olanlar,siz görkəməli dövlət xadimi,Ümummilli liderimiz Heydər Əliyevin təhsil və təhsil içiləri haqqında dediklərini heç yadınıza salırsınızmı...?

 İxtiyar Həsənli,”Azərbaycan Bələdiyyəsi” qəzetinin bölgə müxbiri


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar