Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Salyandan gətirilən körpənin vəziyyəti stabil-ağır olaraq qalır“


Nəsib Quliyev: "Körpənin durumu ilə bağlı yeni nəsə demək üçün avqustun 10-na kimi gözləmək lazımdır"


 “Salyan rayon Mərkəzi Xəstəxanasında doğulan üçəmlərdən sağ qalanının vəziyyəti stabil-ağır olaraq qalır və hazırda küveyzdə müalicəsi davam edir. Körpənin səhhəti ilə bağlı yeni nəsə demək üçün avqustun 10-na kimi gözləmək lazımdır”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, 8 günlük körpənin müalicəsi davam edir: “Körpə vaxtından 10 həftə əvvəl 1 kilo 200 qram dünyaya gəlib. Çəkisi lazımi bədən kütləsinə gəlib çıxana qədər bu vəziyyət davam edəcək. Ümid edirik ki, o zamana qədər körpə arzu olunan çəkiyə gəlib çatacaq. Bu məsədə təmkinli olmaq əsas şərtdir”.

N.Quliyev əlavə edib ki, hazırda institutda 46 ağır vəziyyətdə olan körpə müalicə alır.

Qeyd edək ki, iyunun 20-də Salyan rayon Mərkəzi Xəstəxanasında Mirzabitə İlham qızı Abdullayeva üçəm uşaq dünyaya gətirib. Xəstəxananın işıqları söndüyünə görə üçəmlərin ikisi tələf olub. Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar