Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sankt-Peterburq görüşü münaqişənin həlli istiqamətində növbəti addımdır“


"Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti addım kimi qəbul edilə bilər"


Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev "Baku Network" Ekspert Şurasının prezidentlərin Sankt-Peterburq görüşünə həsr edilmiş müzakirələrdə deyib.

A.Nağıyev bildirib ki, V.Putinin təşəbbüsü ilə AzərbaycanErmənistan prezidentlərinin bu görüşü formatına görə əvvəlki görüşlərdən müəyyən qədər fərqlənirdi, çünki əvvəlki görüşlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirdilər. Hətta prezidentlərin Vyana görüşündə həmsədrlərin təmsil etdiyi dövlətlərin xarici işlər nazirləri də iştirak edirdilər.

Onun sözlərinə görə, Vyana görüşündən sonra iyun ayında növbəti görüşün keçiriləcəyi məlum idi: "Həmçinin şərtlər qoyulmuşdu ki, iyun ayında atəşkəsə nail olunsun, cəbhə boyu monitorinqlər artırılsın və bundan sonra növbəti görüş baş tutsun. Ancaq görüşün yeri məlum deyildi. Azərbaycan prezidentinin Almaniyaya səfəri zaman kansler Angela MerkelRusiyanın açar rol oynadığını qeyd etdi. Erməni tərəfi dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirsə də, təlimlərə hətta Ohanyan gəlsə də, məhz bunlardan sonra Azərbaycan diktə edən tərəf kimi Vladimir Putinin təşəbbüsünü qəbul etdi və Sankt-Peterburqda prezidentlərin görüşü baş tutdu".

A.Nağıyev vurğulayıb ki, görüşün Azərbaycan üçün əsas məqamı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməklə, işğalçı qoşunların Azərbaycan ərazisindən çıxması məsələsi idi.

Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanması, status-kvonun saxlanması təkcə regionun deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə zərbə vuran ən böyük amillərdən biridir: "Çünki regionda olan böyük layihələrə qoşulmaq üçün Rusiyanın da şansı var, hətta Dağlıq Qarabağ münaqişəsi həll olunsa, Ermənistanın da şansı var. Qərbin də əsas istəyi odur ki, regionda sabitlik olsun, çünki bu münaqişənin həll edilməməsi dünyanın enerji təhlükəsizliyinə bir təhdiddir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar