Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Saqqal saxlamağın Kançita ilə müqayisə edilməsi tərbiyəsizlikdir”


İlahiyyatçı açıqlamasında Qamət Süleymanovun verdiyi müsahibəyə münasibətini bildirib


Bu gün “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun “Qafqazinfo”ya müsahibə verib. 

O, müsahibəsində bəzi şiə ilahiyyatçılarına qarşı radikal fikirlər səsləndirib. Bundan başqa, Qamət Süleymanov şiə məzhəbilə bağlı bəzi qeyri-müəyyən fikirlər səsləndirib. 

Məşədi Dadaş məscidinin axundu Hacı Şahin ans press-ə açıqlamasında bu müsahibədə səslənən bəzi fikirlərə qarşı olduğunu bildirib.

Hacı Şahin ilk öncə bəzi radikal qüvvələrin dəfələrlə ara qarışdırdıqlarını bildirib: “Dəfələrlə mətbuat vasitəsilə radikal cərəyanların bizə qarşı hücum etmələrinin şahidi oluruq. Konkret olaraq mənə qarşı daha çox təzyiqlər olur. Bu da bizim radikal cərəyanlara qarşı tutduğumuz mövqeylə əlaqəlidir. Azərbaycanda ənənəvi məzhəbləri dəstəkləməyimizlə bağlıdır. Azərbaycanda iki tarixən mövcud olmuş əhli-sünnə və şiə məzhəbləri var. Daim bu məzhəblər arasında dostluq-qardaşlıq münasibərləri var. Bizə radikal qüvvələr bu münasibətləri pozmağa çalışırlar.

Bizim Azərbaycan Dövlətçiliyini qorumağa yönəlmiş fəaliyyətimiz bəzi qüvvələri narahat edir. Bu insanların çoxu xaricdən idarə olunur. Onlar Azərbaycanda radikal münasibətləri yaymağa cəhd göstərirlər. Qarşılarında bizim kimi dindarları gördükdə, təbii ki, müxtəlif xoş olmayan əməllərə əl atırlar”.

Hacı Şahin Qamət Süleymanovun müsahibəsində səslənən Kəbə ilə Kərbəlanı müqayisə etmək məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, onun barəsində səslənən fikirlər kökündən yanlışdır.

“Qaldı ki, mənim Kəbə ilə Kərbəlanı müqayisə etməyimə, ümumiyyətlə hansısa müqayisə təhqir deyil. Hədislərdə qeyd olunur ki, “alimin qələminin mürəkkəbi, şəhidin tökülən qanından üstündür”. Bu heç də şəhidin alçaldılması demək deyil. Alimin məqamının göstərilməsidir.

“Qurani-Kərim”də qeyd olunur ki, insanların ən üstünü iman gətirmişlərdir. Yəni insandan daha üstünü yaranmayıb. Kəbə və digər ibadətlər də insanın Allaha qovuşmasına yalnız bir vasitədir. Ona görə də, Peyğəmbərimiz buyurur ki, mömünün hörməti Kəbədən üstündür.

Kərbəla və Kərbəla müsibəti də kamil insan deməkdir. İmam Hüseyn deməkdir. Heç şübhəsiz ki, kamil insan hər şeydən üstündür. Yəni bu hansısa mzəhəbin mövqeyi deyil. Bu “Qurani-Kərim”də deyilənlərdir.

Tutalım ki, əhli-sünnə alimlərindən Malik Mədinənin Kəbədən, Məkkədən üstün olmasını bildirir. Yəni Mədinə Peyğəmbərimizin məzarının olduğu bir yerdir. Təbii ki, ondan üstün heç bir insan yaranmayıb. Lakin bəzi insanlar bu müqayisəni Kəbənin təhqir olunması kimi qələmə verirlər. Lakin bu əsla belə deyil.

Mən özüm də Həcc ziyarətində olmuşam. Həcc karvanına rəhbərlik etmişəm. Həmişə müqəddəs yerlərə hörmətlə yanaşmışam. Əgər Kəbə, Həcc ziyarəti itaətin simvolik formasında. Simvolik itaətdirsə, Kərbəla itaətin canlı nümunəsidir. Yəni Həcc ziyarətində biz qurban kəsib, insanın Allah yolunda dövlətindən keçməsi deməkdir. Kərbəla döyüşündə isə biz bunun canlı nümunəsini görürük. Görürük ki, Kərbəla müsibətində İmam Hüseyn öz doğmalarını Allah yolunda, Haqq yolunda qurban edir. Lakin kimlərsə bu fikri dəyişdirmək, söz oyunu ilə aranı qarışdırmaq istəyirsə bu onların problemidir”.

Hacı Şahin eyni zamanda Qamət Süleymanovun şiə ilahiyyatçılarına qarşı səslənən xoşagəlməz fikirlərə də münasibət bildirib: “Mən hansısa insanları müzakirə etmək istəmirəm. Həmin insanı tanımıram. Bizim kim olduğumuz Azərbaycan cəmiyyətinə bəllidir. Bizim fəaliyyətimiz göz önündədir. Bizim məqsədimiz iki məzhəbin münasibətlərini qorumaq, qardaşılıq və dostluq əlaqələrini qorumaqdır. Bəziləri müxtəlif adlarla bu birliyə xələl gətirmək istəyir. Kimlərəsə böhtan atmaqla insanları çaşdırmaq istəyirlər. Bu zərərli düşüncədir. Bu addımların qarşısı alınmalıdır.

Biz həmişə Azərbaycanda dinlə dövlət arasında münasibətlərin yaxşı olmasına çalışmışıq. Görünür ki, bu da kimlərisə, xarici qüvvələrin adamlarını narahat edir.Bizim müsahibələrdən hansısa fikirləri çıxarıb təhlil edirlər. Bu fikirləri istədikləri kimi təhrif edib, ara qarışdırırlar”.

Qamət Süleymanovun verdiyi müsahibədə vahabilik anlayışını rədd edərək, özlərini sələfi adlandırmasına isə belə münasibət bildirib:

Sonda Hacı Şahin Qamət Süleymanovun saqqal məsləsinə münasibət bildirərkən “Ateistlər, hətta Konçita da saqqal saxlayır”, deməsinə isə belə şərh verib: “Saqqal saxlamağı hansısa Kançita və başqaları ilə müqayisə edilməsi isə tərbiyəsizlikdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar