Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sberbank”ın direktoru özünü əlil kimi təqdim edib kredit götürmək istədi


Rusiyada “Sberbank”ın direktoru, 7 il ərzində ölkənin iqtisadi inkişaf naziri işləmiş German Qref Beynəlxalq əlillər günü ilə bağlı maraqlı addım atıb


O, fiziki imkanlarının məhdud olduğunu göstərən xüsusi geyimlə rəhbərlik etdiyi bankın filiallarından birinə yaxınlaşaraq kredit götürmək istəyib.

PİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Qref talon götürərək kredit almaq istədiyini bildirib. Bankın əməkdaşı ilə söhbətində o, krediti əlil arabası almaq üçün götürdüyünü deyib.

Qeyd edib ki, 100 min rubl götürmək istəyir. Aylıq gəliri isə 30 min rubldur. Qref həmçinin gözlərinin tamamilə görmədiyini, qulağının isə çox zəif eşitdiyini bildirib.

O, bununla fiziki imkanları məhdud olan insanlara bankda necə xidmət göstərildiyini yoxlamaq istəyib.

Sonradan jurnalistlərlə söhbətində Qref qeyd edib ki, o, monitoru pis görürdü, operator qızın dediklərini isə güclə eşidirdi. Bir neçə dəqiqə “qəbulda” olduqdan sonra “Sberbank”ın rəhbəri operator xanıma onun yerinə keçməsini və özünü əlil kimi hiss etməsini xahiş edib. Deyib ki, əlillərə daha diqqətlə yanaşmaq və özünü onların yerinə qoymağa çalışmaq lazımdır.

Qeyd edək ki, German Qref 2007-ci ildən “Sberbank”a rəhbərlik edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar