Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Seçki prosesində pozuntular olub”


Klassik Xalq Cəbhəsi Partiyasının bələdiyyə seçkilərinin ilkin mərhələləri ilə bağlı bəyanat yayıb


Partiyadan daxil olan bəyanatda deyilir ki, icra hakimiyyətinin əlavəsinə çevrilmiş bələdiyyələrin yerli idarəetmədən uzaq formal fəaliyyət göstərdiyi bir şəraitdə artıq dördüncü dəfədir ki, hakimiyyət orqanlarının maraqları çərçivəsində bələdiyyələrin saxta seçkilərlə formalaşdırılıması prosesi gedir: “Ölkədə azad, şəffaf və ədalətli seçkilərin keçirilməməsi yerli idarəetmə orqanlarının normal formalaşmasına imkan vermir. Ölkəmizdəki bu vaxta kimi bütün bələdiyyə seçkiləri kütləvi qanunsuzluqlarla keçirildiyindən bələdiyyələr icra hakimiyyətlərinin maraqları əsasında formalaşır. Seçkilər bütün mərhələlər üzrə kobud qanun pozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilir. Demokratik tələblərdən uzaq seçki qanunvericiliyi, qanun pozuntuları ilə formalaşdırılmış seçki əraziləri, hakimiyyətin tam nəzarətində olan seçki komissiyaları, gerçəklikdən çox uzaq seçici siyahıları və qeyri-demokratik seçkiqabağı mühit şəraitində namizədlərin verilməsi və qeydə alınması kütləvi qanun pozuntuları müşahidə edilməklə reallaşdı”.

KXCP bildirib ki, seçkidə iştirak etmək istəyənlərə qarşı müxtəlif əngəllər yaradılması, çeşidli  təzyiqlər göstərilməsi kütləvi hal alıb: “Seçkiqabağı təşviqat mərhələsi qanun pozuntuları şəraitində başa çatıb, demək olar ki, seçki dairələrinin əksəriyyətində qeydiyyatdan keçmiş namizədlərin seçicilərlə görüşməsinə şərati yaradılmamış, əksinə görüşlər keçiriləcək yerlər təyin edilməyib, bəzi hallarda görüş keçiriləcək yerərin qapıları seçicilərin üzünə qapadılıb və ya DSK-lar görüşlə bağlı müraciətlərə cavab verməyiblər. 

KXCP bu günə kimi baş verən kütləvi qanunsuzluqları hakimiyyətin bələdiyyə seçkilərinin total saxtalaşdırılmasına hazırlıq kimi qiymətləndirərək aşağadakı tələbləri irəli sürür:

- hakimiyyət orqanlarından bələdiyyə seçkilərində baş verən kütləvi qanun pozuntularına son qoymağı, qanun pozan vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməsini və seçki günü demokratik seçki şəraitinin yaradılmasınl tələb edir;

- siyasi partiyaları, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini seçkilərdə yüksək fəallıq göstərərək baş verəcək saxtakarlıqların qarşısını almaq üçün fədakarlıq göstərməyə çağırır;

- beynəlxalq təşkilatlardan, demokratik dünyadan nəhayət Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün mümkün olan vasitələrdən istifadə etməyə çağırır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar