Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov


Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov iyunun 5-də Astanada Qazaxıstan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə danışıb


46 yaşlı mütəxəssis report-a açıqlamasında rəqib komandanın da Millətlər Liqasında iştirak etdiyini və təcrübəli baş məşqçiyə malik olduğunu vurğulayıb. O bildirib ki, Stanimir Stoilovun Qazaxıstan millisinin sükanı arxasına gətirilməsi yaxşılığa doğru dəyişikliyin olacağından xəbər verir. 

Q.Qurbanov rəqib barədə məlumat toplamağa başladıqlarını söyləyib:

"Stoilov klub karyerasında yaxşı nəticələr əldə edib. Onlarda dəyişiklik mütləq yaxşılığa doğru gedəcək. Bizi rahat oyun gözləmir. Amma hələ bu görüşə çox var. Bu gün tam fikirlərimi açıqlaya bilmərəm. Bütün diqqətimi çempionat görüşlərinə yönəltmişəm. Yavaş-yavaş məlumat toplamağa başlamışıq. Konkret fikirləri bir az zaman keçəndən sonra bildirəcəyəm.

Baş məşqçi deyib ki, millinin növbəti tolanışında əvvəlcədən Bakıda iki, səfərdə isə bir yoldaşlıq görüşü keçirməyi planlaşdırıblar. Lakin Qazaxıstan Futbol Federasiyasından gələn təklifi müsbət cavablandırmağı lazım biliblər:

"Açığı, əvvəlcə iki oyunu Bakıda keçirmək istəyirdik. 4 gündə 2 matç planımız var idi. Variantlara baxırdıq, belə bir təklif çıxdı, səfərə getməyə razılıq verdik".

Qeyd edək ki, Azərbaycan millisi mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan, iyunun 9-da isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qazaxıstanla görüş isə "Astana Arena"da olacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar