Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sekuta və xanımı iki nəfəri dinlədikdən sonra halları pisləşdi”


Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayan icra başçısı bildirib ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılmasında böyük işlər görür


"ABŞ səfiri Robert Sekuta və xanımı Goranboyda Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə oldu. Səfir mənə dedi ki, Xocalı soyqırımının şahidlərini eşitmək istəyir. Mən bir neçə hadisə şahidi tapdım. Səfir və xanımının iki nəfəri dinlədikdən sonra qalan şahidləri dinləməyə gücü çatmadı. Xocalı soyqırımının şahidlərinin dediklərindən sonra səfirin xanımının halı pisləşdi”. 

Bunu Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib. 

Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayan icra başçısı bildirib ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılmasında böyük işlər görür.

Ombudsman Elmira Süleymanova isə bildirib ki, Xocalıdan əvvəl də ermənilər azərbaycanlılar əleyhinə çoxsaylı cinayətlər törədib, minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib: "Artıq bir neçə dövlətin parlamentində Xocalı soyqırımı tanınıb. Mən inanıram ki, yaxın zamanlarda ədalətli sülhə nail olunacaq”.

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov isə qeyd edib ki, Xocalı soyqırımı beynəlxalq terrorizm cinayətidir: 

"Beynəlxalq terrorizm cinayətinin əsas hədəfi sağ qalmış insanlardır. Sağ qalan insanlara xəbər çatsın ki, ermənilər nə uşaq bilir, nə qoca, nə də qadın. Məqsəd bax bu idi. Xocalının qədim və zəngin mədəniyyət tarixi var, ərazisində aeroport yerləşirdi. Şəhər 4 ay idi ki, mühasirə altında idi. Ermənilər elə bir ciddi cavab zərbəsi almayacaqlarını hesablamışdılar. Elə düşündükləri kimi də oldu”.

Tədbirdə Xocalı soyqırımı ilə bağlı film də nümayiş etdirilib. /APA

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar