Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sənin də qardaşının dırnağı çıxarılsaydı…”

Elşən Musayev yazır...


Bir dəfə bu qadına (xanım deməyə dilim gəlmir) yekə bir video-süjet həsr eləmişdim Tv-də 2 il öncə. Erməni xalqına etmiş olduğu müraciətdən, erməniyə məzlum deməyindən, ermənidən üzr istəməyindən, erməniyə əl uzatmağından dolayı.

O zaman Günel “facebook” səhifəmə Almaniyadan məktub yazdı. Təxminən belə bir mətndə: “Hahaha, lazımsa sizə daha geniş kompromatlar verə bilərəm. Sadəcə birdən yenə veriliş - zad hazırlamalı olsanız lütfən mənə öncədən xəbər edin, maraqlı faktlar göndərim. Amma bütün hallarda reklam üçün təşəkkürlər”
Guya məzələnmişdi… 

*** 

Yenə gündəmdə bax həmin Günel Mövluddu. Bu dəfə Edita Badasyan adlı başqa bir dostunu rus dilində şeirlə vəsf edib. Hələ üstəlik onunla olan şəkillərini də sosial şəbəkələrdə bəh-bəhlə paylaşıb. Öz də o adamın şəklini paylaşıb ki, açıq patriotdur və son dönəm Dağlıq Qarabağ istiqamətində gedən döyüşlər zamanı feysbuk səhifəsində erməni əsgərini açıq bir formada qələbəyə səsləyib, təbliğ edib…

***

Günelin qardaşları işdən çıxarılanda ətəyini uzaq Almaniyada başına çəkmişdi. Amma Qarabağ döyüşlərində dırnağı çıxarılan həmkəndlilərinin, qan qardaşlarının ahı, iztirabı, sarsıntısı niyə bir Edita dəyərində olmadı, bax, onu anlamaqda çətinlik çəkirəm!
Günelin 3 yaşında körpəsi yaxın Gürcüstanda fərah bir ömür yaşayır. Amma Xocalıda diri-diri yandırılan  eyni yaşda körpələrin içində onun da övladı olsa yenə eyni zehniyyəti daşıyardımı,  bax, onu  bilmirəm!

Günel Mövlud erməni rəfiqəsini vəsf etdi, sosial şəbəkə “qaynadı” - FOTO

Günel öz şəxsiyyət vəsiqəsinə, milli mənsubiyyət adına, doğum yerinə və tarixinə nəzər salanda hansı təəsürata köklənir, nə düşünür, nə fikirləşir, and olsun Allaha ki, həmin mənzərəni təxmin belə eləməkdə acizəm!

***

Get soyadını dəyiş, adam! Mövludyan elə. Erməni kimliyinə sahib çıx. Nə özünü incit, nə bizi, nə Cəbrayıl adını, nə də şəhidlərin ruhunu. Bilək ki, bizdən deyilsən. Əslində zatən deyilsən. Sadəcə rəsmiləşdirək. Adımız təmizlənsin…  

Elşən MUSAYEV

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar